SPİRTLİ İÇKİLƏR » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » SPİRTLİ İÇKİLƏR

SPİRTLİ İÇKİLƏR

//
08 yanvar 2013
//
//

SPİRTLİ   İÇKİLƏR





Spirtli içkilər

Ən qədim dövrlərdən insan bəzi içkilərin xoş əhval yaradan təsirləri ilə tanış olmuşdur. Ən adi süd, bal, meyvə şirələri günəş altında qaldıqda təkcə öz görünüşünü və dadını dəyişmirdilər, onlar həm də oyadıcı təsir göstərir, yüngüllük, azadlıq, əmin-amanlıq hissi yaradırdılar. Qədim insanlar о vaxt bilmirdilər ki, səhər yaranan baş ağrısı, əzginlik, pis əhval da bu içkilərin təsirindəndir. Buna görə də spirtli içkinin qəbulunun qüssəli nəticələri onların yaratdığı xoş əhvalın müqabilində diqqətə alınmırdı. O vaxtdan bizim əcdadlarımız Alkoqol adlanan düşmən qazandılar. Tarixi yazılarda, dünya folklorunda şərabın adı çəkilən hər bir qeyddə yanaşı olaraq sərxoşluq, bəzən əxlaqsızlıq, cinayət və ağır xəstəliklər haqqında da qeydlər edilir. Hər bir içkidən yaranan sərxoşluğun əsasında alkoqol - etil və ya şərab spirti durur. Nəyə görə spirtli içkilər? Alkoqol qəbulunun səbəbləri müxtəlifdir. Bəziləri spirti az qala bütün xəstəliklərin çarəsi kimi qəbul edir, bəziləri üçün içki - digər insanlarla ünsiyyət vasitəsidir, bəziləri içkidən psixoloji gərginliyi aradan qaldırmaq üçün istifadə edir. Alkoqol qəbul edən gənclər əsas səbəblər kimi:

yeni duyğuların əldə edilməsi üçün
maraqlı olduğu üçün
" cəsurlanmaq" üçün

Daha yaşlı adamların isə əsas səbəbləri:

darıxdığından
gərginliyi aradan götürmək üçün
ailədə, iş və təhsil kollektivində problemləri unutmaq üçün

Tədqiqatlar göstərir ki, ilk dəfə spirtli içkinin dadına uşaq və ya yeniyetmə öz yaxınları tərəfindən təhrik olunaraq baxır. Bir çox hallarda spirtli içkinin (xüsusilə arağın) dadı onların xoşuna gəlmir. Sonradan yığıncaqlarda böyükləri təqlid edən yeniyetmələr daha böyük dozaları qəbul edirlər. Bu dəfə də orqanizm reaksiyasını verir - çox hallarda alkoqolun qəbulu ürəkbulanma və qusma ilə yekunlaşır. Bu hal tək-tük yeniyetmələri bir daha spirtli içkilərin istifadəsinə etiraz etməyə məcbur edir. Yaxşı yaddaşları və möhkəm iradələri onları ömürlərini "ayıq insan" kimi yaşamağa sövq edir. Lakin bir çoxları ilk təcrübəyə fikir verməyərək yenə də təsadüfi hallarda alkoqoldan istifadə etməyə başlayır, bəziləri isə, əksinə olaraq, spirtli içkilərin dadına daha tez-tez baxmağa başlayırlar. Spirtli içkinin kiçik miqdarından əhval əvvəl qalxsa da, sonradan baş ağrısı, ürəkbulanma, qusma halları baş verir. Amma belə hallara baxmayaraq yeniyetmələr yaşıdları arasında nüfuz qazanmaq üçün vaxtaşırı olaraq spirtli içkilərdən istifadə etməyə başlayırlar.

Alkoqol qəbulunun nəticələri

Spirtli içkilərin qəbulu iki əsas problemlər qrupu ilə nəticələnə bilər:

İçənin özünə təsir edən mənfi nəticə - onun sağlamlığının zəifləməsi və şəxsi olan təsir;
Cəmiyyət üçün təsir edən mənfi nəticə - sərxoşluqla əlaqədar sosial problemlərin yaranması

İçki qəbul edənin problemləri:

Təsadüfi istifadə zamanı özünə nəzarətin itməsi, aqressivlik, bədbəxt ehtiyatsızlıqdan bədənin çox qızması və ya soyuması (donması), alkoqol zəhərlənməsi;
Dəfələrlə, nizamsız istifadə zamanı - qaraciyər sirrozunun inkişafı, qan xəstəliklərinin və bəzi xərçəng xəstəliklərinin inkişafı, qida çatışmazlığı, funksional pozğunluqlar və nəzarətin itməsi, bədbəxt hadisələr, iş qabiliyyətinin alkoqolizm xəstəliyinin yaranması, erkən psixozlar və s.
Alkoqolizm reproduktiv sistemə mənfi təsir göstərir, xayalara və yumurtalıqlara təsir edir. Uzunmüddətli alkoqol qəbulu zamanı cinsi zəiflik baş verir.
Hamiləlik zamanı spirtli içkilər qəbul edilərsə uşağın anadangəlmə defektlərlə dünyaya gəlməsi ehtimalı yüksək olur. Psixi və fiziki pozğunluqlardan əziyyət çəkən uşaqların 90%-dən içki içən valideynlərin uşaqlarıdır.
Alkoqolizmin erkən dövrləri üçün xora xəstəliyi, travmalar, ürək-qan-damar pozğunluğu
gec mərhələləri üçün isə qaraciyər sirrozu, polinevritlər, beyin pozğunluqları xarakterdir.

Dünya Səhiyyə Təşkilatının malumatına görə alkoqoldan sui-istifadə dünyada ölüm səbəbləri arasında 3-cü yeri tutur (birinci yerdə ürək-qan-damar xəstəli ikinci yerdə isə ankoloji xəstəliklərdir). Alkoqoliklər içməyənlərə nisbətən 15 il-az yaşayır. Onların yalnız 25%-i 50 illik sərhəddi keçir. Bu insanların özünə nalları digərlərinə nisbətən onlarla çox olur.

Alkoqol orqanizmə necə ziyan verir?


Daxilə qəbuldan 5-10 dəqiqə sonra о, qana sorulur və orqanizmə yayılır. Alkoqol - hər bir canlı hüceyrə üçün zəhərdir. Orqanizmə daxil olan alkoqol toxu üzvlərin işini tezliklə pozur. Alkoqol yanaraq onların oksigenini və suyunu istifadə Hüceyrələr büzüşür, onların fəaliyyəti çətinləşir. Əgər alkoqol orqanizmə tez-tez daxil hüceyrələr məhv olmağa başlayır. Alkoqolun təsiri nəticəsində orqanizmdə bütün proseslər pozulur, bu isə ağır xəstəliklərlə nəticələnir. Qaraciyərin, böyrəklərin, ürək-damarların toxumaları dəyişir. Baş beyinin hüceyrələrinə alkoqol xüsusilə tez və dağıdıcı göstərir. Qanla tez bir zamanda beynə çatmış alkoqol sinir hüceyrələrinə daxil olur, hüceyrələr onun təsirindən məhv olur, buna görə də beyinin müxtəlif şöbələri arasındaki əlaqə pozulur. İçki içənin ətrafındakılara yaratdığı problemlər - fiziki və əqli geriləmə, cinsi zəiflik, ailədə münaqişələrin artması, maddi çətinliklərin artması, cinayətkarlığın baş verməsi ilə səciyyələnir. Bundan əlavə buraya:

ictimai qaydaların pozulması
Yol nəqliyyat qəzaları
Istehsalat qəzaları
Iş qabiliyyətinin azalması
Işdən qaçma
Müalicəyə sərf edilən xərclərlə və iş qabiliyyətinin itməsi zamanı ödənilən müavinətlərlə əlaqədar iqtisadi ziyan və s.

Dünya statistikasına görə xuliqanlığın və zorlama hallarının 90%-i sərxoşluq halında törədilir. Oğurluq, quldurluq, bədənə xəsarətin yetirilməsi 70% hallarda spirtli içkilərin təsiri nəticəsində baş verir. Qətl hadisələrinin 40%-i sərxoşluq halında törədilir, boşanmaların 50-60%-i isə tərəflərdən birinin sərxoşluğa aludə olmasından baş verir.

Spirtli içkinin davranışa təsiri


Alkoqol ilk dəqiqələrdə xoş əhval bağışladığına görə təkrarən ona qayıtmağa sövq edir. İlk vaxtlarda əgər bunu etməmək istəyi varsa və xasiyyət möhkəmdirsə, etiraz etmək çətin olmur. Əgər təhriklərə tab gətirməyib dönə-dönə spirtli içki qəbul edilirsə, onda iradə zəifləyir və gənc artıq alkoqolun cazibəsinə üstün gələ bilmir. Alkoqolun təsirindən instinktlər azad olur, iradə və özünə nəzarət zəifləyir və insanlar sonradan ömürləri boyu peşimanlığını çəkdikləri səhvlər edirlər. Alimlərin tədqiqatları göstərir ki, alkoqol gənc orqanizmə daha tez təsir göstərir, belə ki, böyümə dövründə orqanizm zərərli maddələrin təsirinə tez mübtəla olur. Gənclərdə alkoqolizm, yaşlılara nisbətən ağır, çətin müalicə olunan xəstəlik kimi 4 dəfəyə qədər tez formalaşır. Şəxsiyyət pozğunluğu da daha tez baş verir.

Spirtli içkilər və cəmiyyət


Alkoqol yalnız içənin özünə yox, onun ətrafındakılara da pis təsir göstərir. Çox vaxt alkoqolizmə meyl edən insanlar öz vəzifələri, dostları, ailə və uşaqlarından uzaqlaşır, yalnız spirtli içkiyə olan ehtyacını ödəməsi haqqında fikirləşir. Valideynin (valideynlərin) alkoqolizmi çox vaxt onların uşaqlarına baha başa gəlir. Xəstəlikləri olan uşaqları tədqiq edərkən müəyyən edilmişdir ki, onların xəstəliklərinin səbəbi - valideynlərin alkoqolizmidir. Təsadüfi istifadə ilə alkoqolizm arasında müəyyən vaxt kəsimi olur. Qeyd etmək lazımdır ki, hər spirtli içki içən adam sonradan alkoqolik olmur. Alkoqolizmin səbəbi çox vaxt psixoloji problemlərlə əlaqədar olur. Adətən alkoqolizmə meyli olan insanlar özlərini tənha hiss edir, onlarda uğursuzluqlardan sonra özünə güvənlilik və özünüqiymətləndirmə aşağı olur, bəzi hallarda onlar ətrafdakıların düzgün olmayan hərəkətlərindən "küsərək" rahatlığı içkidə tapır, insanların iradəsi çox vaxt zəif olur, onlar "yox" deməyə ürək etmirlər. Spirtli içkilərdən müntəzəm istifadə edənlərdə alkoqola dözümlülük artır və bu sərxoşluq effektinə çatmaq üçün daha böyük dozalar tələb olunur. İçki həyatın əsasına çevrilir.

Abstinensiya ("poxmel") sindromu - spirtli içkinin (və digər toksiki maddənin qəbulunu dayandırdıqdan sonra meydana çıxan və onun qəbulundan sonra bərpa olunan bir sıra psixi və fiziki pozğunluqlarla təzahür edən haldır. Buna alkoqol açlığı da deyirlər. Spirtli içki qəbulundan ertəsi gün meydana çıxan baş ağrıları, əzginlik, ətrafların, diqqətsizlik və çox pis əhval abstinensiya sindromunu xarakterizə edir. Bir çoxları yeni alkoqol qəbul etməklə "normal" vəziyyəti bərpa edirlər - alkoqol açlığını aradan qaldırın hər şey yenidən başlayın.

Gənclər özləri alkoqolizmlə necə mübarizə apara bilər?


Əvvəla, yaddan çıxarmaq lazım deyil ki, hər üç zərərli vərdişə aludə olma mexanizmi eynidir. Düzdür, alkoqolizm tütünçəkmədən daha ağır nəticələri olan vərdişdir - burada şəxsiyyətin tənəzzülü baş verir - və ondan azad olmaq asan deyil. Mübarizə üçün hər bir xəstəliyin (alkoqolizm isə xəstəlikdir) müalicəsindən əvvəl onu yaradan səbəblər haqqında biliklər olmalıdır (onlar artıq səndə var) və belə halda onun qarşısının alınması daha asan olur. Maariflənmədən əlavə isə bir bacarıq əldə edilməlidir - təhrikə etiraz etmə bacarığı. Əgər spirtli içkilərin ziyanı barədə bilirsənsə onda "yox" demək asan olacaq. Biliklərdən əlavə "yox" deməyi bacarmaq üçün özünə güvənlik və möhkəm iradə olmalıdır. Bunlarsız etiraz etmək çətin olur. İradənin möhkəmlənməsinin ən asan yolu isə - idmanla məşğul olmaqdır.

"Yox" kəlməsini necə deməli?


Çoxlarımıza uşaqlıqdan birinin xahişinə "yox" sözü ilə cavab verib etiraz etmək bir ədəbsizlik nişanəsi kimi aşılanmışdır. Və əksinə, nəzakətli, hörmətcil, "heç kəsin xətrinə dəyməyən" birisi olmaq müsbət keyfiyyətli adam kimi xarakterizə olunur. Bir çox hallarda bu, həqiqətən belədir. Lakin bilmək lazımdır ki, həyatda elə situasiyalar olur ki, onlara qətiyyətlə etiraz etmək lazım gəlir və bunun üçün bəzən xüsusi keyfiyyət və bacarıqlar tələb olunur. Zərərli maddələrin qəbuluna "yox" demək bəzən çox çətin olur, xüsusilə bu təklifi yaxın dostların, qohumların edəndə. Tədqiqatlar göstərmişdir ki, bir çoxlarına ilk dəfə alkoqolun dadına baxmaq təklifi yaxın qohumlar tərəfindən edilir - "kişisən, bir dadına baxsana". Tütünçəkməyə isə çox zaman həmyaşıdlar təhrik edirlər. Böyükyaşlı qohuma "yox" demək ədəbsizlikdirsə, həmyaşıd dostun sənin etirazından inciyə bilər.

Bəs necə etməli, situasiyadan necə çıxmalı? Ən əvvəl, etirazın həqiqətən qətiyyətli olmalıdır. Yəni sən spirtli içkini, siqareti, narkotiki qəbul etməyin əleyhinəsən və sənin bu seçimin birmənalıdır. İkincisi isə, situasiyadan asılı olaraq müxtəlif etiraz etmə üsullarından istifadə edə bilərsən. Və bunu bəzən elə etmək olur ki, sənin etirazın dostlarının, qohumlarının gözü qabağında səni uca edir. Uyğun tədqiqatları apararkən müəyyən edilmişdir ki, xasiyyətdən, yumor hissindən, tutduğu mövqedən asılı olaraq müxtəlif yerlərdən olan gənclər çeşidli etiraz etmə variantlarından istifadə edirlər. Spirtli içki içəndə bəzi kompaniyalarda sadəcə olaraq "Yox, sağ olun", "Sağ olun, içmirəm" sözlərini demək kifayət olur. Təkidlər intensiv olanda "Mən onsuz da özümü yaxşı hiss edirəm", "Sağ olun, sabah tezdən durmalıyam" və ya " Sağ olun, amma maşınla gəlmişəm" sözləri təsir edə bilər. Bir qədər yaşlı kompaniyada uyğun olaraq "İndi elə dərman içmişəm ki, ondan sonra içki içə bilmərəm" sözləri təsir edə bilər. Hərçənd ki, bundan sonra arağın ən əsas dərman olması haqqında mühazirə eşidə bilərsiniz.

Bəzi hallarda alkoqol qəbulunun dinlə uyğun olmamasını yada salmaq olar. Bu arqument bəzən çox ciddi təsir edir. Ümumiyyətlə, vəziyyətdən asılı olaraq müxtəlif variantlardan istifadə etmək olar:

İçmirəm!!!
İçmirəm, ona görə ki, içmirəm.
Yox, qardaşım, bu mənlik deyil.
Indi uzaq səfərə çıxıram.
10 dəqiqə oturub gedirəm.
Mənim allergiyam var.
İçki mədəmə pis təsir edir.
Niyə içməliyəm axı?
Mən içsəm, buraları darmadağın edəcəyəm.
Sabah vacib görüşüm var, o görüşdən çox şey asılıdır.
Nənəm içməyə qoymur (bu ifadə müəyyən yumor hissinin olmasını tələb edir).
Bəlkə kompot verəsiniz?!

Etiraz edərkən əsas şərt - "yox" dedikdə özünü günahkar saymamaq hissidir. Bəzən soruşa bilərlər: "Sənin bizdən nəyin fərqlidir ki (nəyin artıqdır ki)?". Bunu bilin ki, siz həqiqətən fərqlisiniz.
Xəbər Lenti Giriş Populyar Reklam