5 nəfərin ölümünə səbəb olan avtobusun sürücüsü həbs edilib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » 5 nəfərin ölümünə səbəb olan avtobusun sürücüsü həbs edilib

5 nəfərin ölümünə səbəb olan avtobusun sürücüsü həbs edilib

Müəllif: Kürsüm
//
08 yanvar 2013
//
//

5 nəfərin ölümünə səbəb olan avtobusun sürücüsü həbs edilib

Yanvarın 7-də axşam saatlarında Şəmkir rayonunda 5 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra sərnişin avtobusunun sürücüsü həbs edilib. www.xeberleragentliyi.com-un məlumatına görə, Bakı-Qazax magistralında "VAZ 2106”nın üstündən keçən "Mercedes” markalı avtobusun sürücüsü Əliyev Arif İzzət oğlu həbs edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (2 və daha artıq insanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, Bakı-Qazax magistralında "Mercedes” markalı sərnişin avtobusu "VAZ 2106” markalı avtomobillə toqquşması nəticəsində minik avtomobilində olan aşağıdakı 5 nəfər ölüb:
Hüseynov Anar Hidayət oğlu, 1987-ci il
Babayev Murad Əbülfəz oğlu, 1987-ci il
Babayeva Çiçək Nazim qızı, 1962-ci il
Nağıyeva Leyla Nazim qızı, 1968-ci il
Nağızadə Nağı İdris oğlu, 1998-ci il
Xəbər Lenti Giriş Populyar Reklam