Növbə məktəb psixoloqlarına çatdı - Kimlər məyus olacaq? » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Növbə məktəb psixoloqlarına çatdı - Kimlər məyus olacaq?

Növbə məktəb psixoloqlarına çatdı - Kimlər məyus olacaq?

Müəllif: cavidan
//
06 Kasım 2019
//
//

Növbə məktəb psixoloqlarına çatdı - Kimlər məyus olacaq?

Təhsil naziri Ceyhun Bayramovun əmri ilə bu ilin sonuna qədər dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının yoxlanılması məqsədi ilə diaqnostik qiymətləndirmə imtahanı keçiriləcək.
Bu qiymətləndirilmənin aparılması hansı zərurətdən yaranıb və faydalı tərəfləri nələr olacaq?

Təhsil eksperti Kamran Əsədov Lent.az -a bildirib ki, bu addımın atılması ilə məktəb psixoloqlarının fərdi bilik və bacarıqlarını öyrənmək mümkün olacaq: “Məlum olduğu kimi, orta məktəbdə çalışan məllimlərin sonuncu dəfə 1994-cu ildə attestasiyası keçirilmişdi. Uzun mddət bu istiqamətdə heç bir iş görülmədi. Yalnız 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə edib və 2017-ci il də daxil olmaqla ümumillikdə 140 minə yaxın müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib. Orta məktəbdə çalışanların biliklərinin yoxlanılması məqsədi ilə keçirilən diaqnostik qiymətləndirmə olduqca müsbət bir addım idi.


Respublika üzrə müəllimlərin bilik və bacarıq səviyyəsi haqqında son illərdə olduğu kimi, heç vaxt dəqiq və ətraflı məlumat əldə olunmayıb. Yəni hamı hər kəsi tanıdı. Heç vaxt ixtisasını yüksək səviyyədə bilən müəllimlərin sayı indiki qədər çox olmayıb”.


Ekspert qeyd edib ki, 2014-cü ildən başlayaraq müəllimlərin işə qəbulu üzrə müsabiqə (MİQ) və diaqnostik qiymətləndirmə (DQ) imtahanın nəticələri pedaqoji mühitdə mənəvi, stimulverici məsələləri nizamlayan əsas göstərici olub: “İndi növbə orta məktəblərdə çalışan digər personallara da çatır. Savadlı psixoloqlar sırasından daha savadlıları seçilə biləcək. Əslində orta məktəblərdə psixoloq ştatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarı ilə sosioloq pedaqoq vəzifəsi ilə əvəz olunub. Lakin bizdə hələ də psixoloq ştatı olaraq mövcuddur”.

Kamran Əsədov bu sahədə aparılacaq qiymətləndirmə ilə bağlı təkliflərini də açıqlayıb: “Təklif edirəm ki, orta məktəblərdə psixoloq vəzifəsində çalışanların heç də hamısı diaqnostik qiymətləndirməyə cəlb edilməsin. Müvafiq ixtisas üzrə ali təhsil, yaxud ali təhsil və yenidənhazırlanma qurumlarında ixtisası üzrə əlavə təhsil alaraq psixoloq diplomu olanlar diaqnostik qiymətləndirməyə buraxılsın. Test tapşırıqları "Təhsil haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Uşaq hüquqları haqqında”, "Sosial xidmət haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarından; əmək və ailə qanunvericiliyini, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasından; ümumi və sosial pedaqogikadan, yaş və uşaq psixologiyasından; sosial gigiyenanın əsaslarından; sosial-pedaqoji və diaqnostik metodikalarından; sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarından salınsın.

İmtahan proqramı və ədəbiyyat siyahısı diaqnostik qiymətləndirmə azı 2 ay əvvəl elan olunsun, imtahanlar komputerlə yox, kağız daşıyıcı ilə keçirilsin.

İmtahana problemli situasiyalar ilə bağlı esse əlavə olunsun, testlər təkcə qapalı (cavabları variantlarla qeyd olunan) olmasın, eyni zamanda açıq tipli test tapşırıqlarından da istifadə olunsun ki, savadlı, bilikli və hazırlıqlı namizədlər uğur qazansın.

Eyni zamanda, hansısa bir narazılığa da operativ cavab vermək üçün qərərgah olmalıdır və həmin gün ixtisas üzrə test müəllifləri orda əyləşməlidir”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam