Oqtay Gülalıyevlə bağlı SON XƏBƏR - YENİLƏNİB » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Oqtay Gülalıyevlə bağlı SON XƏBƏR - YENİLƏNİB

Oqtay Gülalıyevlə bağlı SON XƏBƏR - YENİLƏNİB

Müəllif: cavidan
//
30 Ekim 2019
//
//

Oqtay Gülalıyevlə bağlı SON XƏBƏR - YENİLƏNİB

15:40

"City Hospital"da O.Gülalıyev üzərində aparılan cərrahiyyə əməliyyatı bitib.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, xəstə yaxın 20 dəqiqə ərzində əməliyyat blokundan reanimasiya şöbəsinə aparılacaq.

----------

13:49

Oqtay Gülalıyev əməliyyata götürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "City Hospital"dan Səhiyyə Nazirliyə verilən məlumata əsasən, Oqtay Gülalıyev əməliyyata hazırlanıb, öncə ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib. Səhiyyə Nazirliyi "City Hospital"a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər.

Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.

----------
12:11

Hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən KTM-ə gətirilib.

Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb:

"Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam