2 noyabr aksiyasını məqsədəuyğun hesab etməyib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » 2 noyabr aksiyasını məqsədəuyğun hesab etməyib

2 noyabr aksiyasını məqsədəuyğun hesab etməyib

Müəllif: Anar
//
01 Kasım 2012
//
//

 2 noyabr aksiyasını məqsədəuyğun hesab etməyib
İctimai Palatanın noyabrın 2-nə Milli Məclisin qarşısına təyin etdiyi piketin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.

AXCP üzvü Ramiz Əhədovun APA-ya verdiyi məlumata görə, paytaxt polis idarəsində onu, Vətəndaş Həmrəyliyi Partiyasının Sədr Aparatının rəhbəri Azər Canıyevi və Müsavat Gənclər Təşkilatının üzvü İdris Əmiraslanlını BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Bakı Şəhər Prokurorluğunun nümayəndəsi qəbul edib. Aksiya təşkilatçılarının diqqətinə çatdırılıb ki, keçirmək istədikləri aksiya paytaxt rəhbərliyi tərəfindən məqsədəuyğun hesab edilməyib, bu səbəbdən aksiyanın keçirilməsinin qarşısı alınacaq.

Bundan başqa, onlara baş verə biləcək neqativ hadisələrə görə məsuliyyət daşımaları haqda xəbərdarlıq edilib, diqqətlərinə çatdırılıb ki, ictimai asayişi poza biləcək hallar baş verərsə, bunun məsuliyyəti aksiya təşkilatçılarının üzərinə düşəcək.

Qarşı tərəf isə xəbərdarlığa dair sənədi imzalamaqdan imtina edərək, aksiya keçirməyin onların konstitusion hüququ olduğunu bildirib, kütləvi tədbirin elan olunan vaxtda MM-in qarşısında keçirilməsində israrlı olduqlarını söyləyiblər.

Onlar 30 dəqiqə ərzində BŞBPİ-da olublar.

Qeyd edək ki, İP noyabrın 2-də saat 12.00-da Milli Məclisin binası qarşısında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda ediləcək dəyişikliklərə etiraz olaraq, “Sərbəst toplaşma azadlığına qoyulan qadağaya yox deyirik!” şüarı ilə piket keçirəcək.

Bakı Şəhər İcra Hakimiyyəti isə İctimai Palatanın bu aksiyasının adıçəkilən yerdə keçirilməsini məqsədəuyğun saymayıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam