Azərbaycanda ilk dəfə satellit hesablar qurulacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda ilk dəfə satellit hesablar qurulacaq

Azərbaycanda ilk dəfə satellit hesablar qurulacaq

Müəllif: Əlibəy
//
08 yanvar 2013
//
//

Azərbaycanda ilk dəfə satellit hesablar qurulacaq

Azərbaycanda ilk dəfə satellit hesablar qurulacaq. xeberleragentliyi.com-un verdiyi məlumata görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli sərəncamı ilə
təsdiq etdiyi 2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramında qeyd olunub.
Dövlət Proqramında BMT-nin “Milli Hesab Sistemi-2008” ( “MHS-2008”) sistemi əsasında təkmilləşdirilməsi nəzərdə tutulan hesab və cədvəllərin yenidən işlənməsi ölkədə rəsmi statistikanın əsas prioritetlərindən biri hesab edilir, makroiqtisadi proseslərin təsviri və təhlili üçün istifadə olunur və iqtisadi əməliyyatların və göstəricilərin kompleks, ardıcıl və uzlaşdırılmış şəkildə qiymətləndirilməsinə imkan yaradır. Bu işləri həyata keçirmək üçün “MHS-2008”-də Ümumi Daxili Məhsul (ÜDM) göstəricisinin həcminə, strukturuna və artım sürətinə təsir edən amillərin statistik praktikaya tətbiq edilməsi, resurslara dair ehtiyat və istifadə cədvəllərinin tərtibi və “MHS-2008”-in digər göstəriciləri ilə qarşılıqlı uyğunluğunun təmin edilməsi, dövlət sektoru hesablarının “MHS-2008”-in yeniləşdirilmiş tələblərinə uyğun qurulması, aktiv və passivlərinə dair dəqiq məlumatların əldə edilməsi, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və energetikanın köməkçi hesablarının qurulması üçün metodologiyanın hazırlanması və “MHS-2008” çərçivəsində milli statistika təcrübəsində ilk dəfə olaraq satellit hesabların qurulması nəzərdə tutulur.

Statistika sistemində keyfiyyətin idarə edilməsi və metaməlumatlar sistemlərinin tətbiqi Dövlət Proqramının əsas istiqamətlərindəndir. Nəzərdə tutulan tədbirlər nəticəsində keyfiyyətin idarə olunması standartları üzrə statistikanın bütün sahələrində müşahidələrin standart modellərə uyğun təhlilinə, statistik hesabat formaları və göstəricilər üzrə metaməlumatlar sistemlərinin yaradılmasına və onun məlumat bazalarına inteqrasiyasına, statistika proseslərinin və məlumatların keyfiyyətinə beynəlxalq uyğunluq sertifikatının alınmasına nail olunacaq, Dövlət Statistika Komitəsinin internet səhifəsində yerləşdirilən yekun məlumatların məlumat bazalarına inteqrasiyası təmin ediləcək. Bunlardan əlavə, milli təsnifatlar sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasının daha da inkişaf etdirilməsi yaxın 5 (beş) il ərzində ölkə statistikasının prioritet vəzifələrindən biri olaraq qalacaq.

BMT-nin Statistika Komissiyasının tövsiyələri nəzərə alınmaqla, təhsilin, iqtisadi fəaliyyət növlərinin, məhsul növlərinin və sənaye məhsullarının təsnifatları yenidən işlənəcək ki, bu da mövcud statistik informasiya resurslarının yenidən kodlaşdırılmasına imkan yaradacaq. Bütün bunlar son nəticədə beynəlxalq və milli səviyyədə statistik informasiyaların müqayisəliliyinin təmin olunması, statistik məlumatların işlənməsinin keyfiyyətinin artırılması, informasiya sistem və resurslarının qarşılıqlı əlaqələrinin təmin edilməsi ilə nəticələnəcək.
Xəbər Lenti Giriş Populyar Reklam