“Mətanət İsgəndərlinin sponsoru mənə dedi ki...” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Mətanət İsgəndərlinin sponsoru mənə dedi ki...”

“Mətanət İsgəndərlinin sponsoru mənə dedi ki...”

Müəllif: Əlibəy
//
08 yanvar 2013
//
//

 “Mətanət İsgəndərlinin sponsoru mənə dedi ki...”

“O vaxt sponsoru mənə zəng edib, Mətanət İsgəndərlini televiziyaya çıxarmağımı, tanıtmağımı istədi. Mən onu üzə çıxartdım”.
Bu sözləri xeberleragentliyi.com-a açıqlamasında əməkdar artist Kəmalə Rəhimli söyləyib. K.Rəhimli bildirib ki, vaxtı ilə dəstək verdiyi Mətanət İsgəndərli indi onu yada salmır: “Bir gün xalq artisti Elmira Rəhimova ilə Türkiyəyə qastrol səfərinə gedirdik. Gördüm ki, avtobusda arxa sırada oturan bir qız ağlayır. Soruşdum ki, niyə ağlayırsan ay qızım? Ağlaya-ağlaya söylədi ki, tanınmaq istəyir. Ürəyim pis oldu, dedim “ağlama, nə kömək lazımdırsa, mən edəcəyəm”. Bu qız yol boyu ağladı. O ağlayan qız indi hamının tanıdığı Mətanət İsgəndərli idi. Sonra mənə Mətanətin sponsoru zəng edib dedi ki, Kəmalə xanım, xahiş edirəm nə qədər pul lazımdırsa, verəcəyəm, amma bu qızı efirlərə çıxarın, tanıdın. Mən də Eldar Mansurova müraciət etdim ki, bu qıza köməklik göstərsin. Ona pul xərcləmədim, amma yol göstərdim. Daha sonra isə o, pulunu ödəyib mahnı yazdırdı, klip çəkdirdi. Heç özümə görə Eldar Mansurova ağız açmazdım. Amma ona yazığım gəldi. Bu tanışlıqdan sonra Mətanət yavaş-yavaş tanınmağa, efirlərə çıxmağa başladı”.


Əməkdar artist bildirib ki. Mətanət İsgəndərli tanınmağa başladıqdan sonra onu tamamilə unudub: “Bu qız efirlərə çıxandan sonra, elə bil Kəmalə adında adam tanımadı. Mənə qarşı çox dəyişdi. Amma bilmədim niyə, səbəb nədir? Mənə təsir edən odur ki, bu insan bir dəfədə olsun zəng edib, hal-əhval tutmadı. Xəstələnmişəm, bir dəfə soruşmayıb ki, necəyəm. Mətanət, de görüm, sənə nə etmişəm? Pislik edib, səni tanıtmışam? Bu yaxınlarda da yerli telekanalların birinin yeni il çəkilişində idim. Bütün müğənnilər də orda idi. Hamı mənimlə görüşüb, hal-əhval tutdu, bircə ondan başqa...”


K. Rəhimlinin ittihamlarına münasibət bildirməsi üçün Mətanət İsgəndərli ilə əlaqə saxlasaq da, telefona cavab verən xanım M.İsgəndərlinin danışmayacağını deyib.
Xəbər Lenti Giriş Populyar Reklam