Bakıda DƏHŞƏT – 2 nəfər maşının altında qalıb öldü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda DƏHŞƏT – 2 nəfər maşının altında qalıb öldü

Bakıda DƏHŞƏT – 2 nəfər maşının altında qalıb öldü

Müəllif: cavidan
//
21 Ekim 2019
//
//

Bakıda DƏHŞƏT – 2 nəfər maşının altında qalıb öldü

Bakıda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Publika.az xəbər verir ki, dünən saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Fərrux Həmidovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bundan başqa oktyabrın 20-nə keçən gecə Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini F.Osmanov idarə etdiyi "Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd Cavadovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam