Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda baş verən atışma ilə bağlı birgə məlumat yayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda baş verən atışma ilə bağlı birgə məlumat yayıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda baş verən atışma ilə bağlı birgə məlumat yayıb

Müəllif: Əlibəy
//
07 Ocak 2013
//
//

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda baş verən atışma ilə bağlı birgə məlumat yayıb

Baş Prokurorluğun mətbuat xidmətindən xeberleragentliyi.com-a verilən məlumatda bildirilir ki, 2013-cü il yanvarın 6-da saat 18.00 radələrində paytaxtın Balaxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymurla münaqişə zəminində Bakı şəhər sakinləri Elçin Əliyevi və Sadiq Musayevi odlu silahdan atəş açaraq yaralayıb, Elxan Bayramzadəyə isə bıçaqla xəsarət yetiriblər.

Yaralılar dərhal Sabunçu rayonundakı 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də Elxan Bayramzadənin və Elçin Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Həmin məlumatla əlaqədar daxili işlər və prokurorluq orqanlarının əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar - 1 ədəd “Makarov” tipli tapança, 5 giliz və 1 bıçaq götürülüb, habelə digər zəruri hərəkətlər yerinə yetirilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam