“PKK-YPG terrorçuları təhlükəsizlik bölgəsindən çəkilməyə başlayıb” - Ərdoğan » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “PKK-YPG terrorçuları təhlükəsizlik bölgəsindən çəkilməyə başlayıb” - Ərdoğan

“PKK-YPG terrorçuları təhlükəsizlik bölgəsindən çəkilməyə başlayıb” - Ərdoğan

Müəllif: cavidan
//
18 Ekim 2019
//
//

“PKK-YPG terrorçuları təhlükəsizlik bölgəsindən çəkilməyə başlayıb” - Ərdoğan

“PKK-YPG terrorçuları Suriyanın şimalındakı təhlükəsizlik bölgəsindən çəkilməyə başlayıb”.

Redaktor.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Vaşinqton arasında Suriyanın şimalındakı vəziyyətlə bağlı əldə edilən razılaşmaya münasibət bildirərkən belə deyib. O bildirib ki, səhər saatlarından başlayaraq terrorçular bölgədən çıxmağa başlayıb. Ərdoğanın sözlərinə görə, bölgədə toqquşmalar dayanıb.

Xatırladaq ki, Türkiyə və ABŞ arasında imzalanan sazişə görə, Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatlarına 5 gün fasilə verilib. Bu müddət ərzində PKK-PYD terrorçuları bölgədən çıxmalıdır.
Xəbər Lenti Giriş Populyar Reklam