Ərdoğan Mayk Penslə görüşməyi qərara aldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ərdoğan Mayk Penslə görüşməyi qərara aldı

Ərdoğan Mayk Penslə görüşməyi qərara aldı

Müəllif: cavidan
//
16 Ekim 2019
//
//

Ərdoğan Mayk Penslə görüşməyi qərara aldı

Cümə axşamı Türkiyə Prezidenti R.T.Ərdoğan ABŞ-nin Vitse-Prezidenti Mayk Penslə görüşməyi qarar alıb.

Məlumatı Yaxın Şərq Kütləvi İnformasiya Vasitələri Türkiyə mətbuatına istinadən yayıb.

Türkiyə Prezidenti həmçinin M.Penslə birgə səfərə çıxan ABŞ-nin Dövlət Katibi Mayk Pompeonu da qəbul etməyə hazırdır.

Səfərin məqsədi Türkiyə hərbi qüvvələrinin Suriyanın şimalında apardığı "Barış Pınarı” hərəkatı ilə bağlıdır. Sözü gedən hərəkat bir çox dövlətlərin müzakirəsinə səbəb olduğu kimi ABŞ-nin də diqqətindədir.

Bundan öncə R.T.Ərdoğan "Sky News”un jurnalistlərinə bildirib ki, M.Penslə görüşmək fikri yoxdur, lakin ABŞ Prezidenti D.Trampla dialoq aparmağa hazırdır.

Tərcümə: Cavid Zahidoğlu
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam