Rusiyada işləyən azərbaycanlılara ŞAD XƏBƏR! » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Rusiyada işləyən azərbaycanlılara ŞAD XƏBƏR!

Rusiyada işləyən azərbaycanlılara ŞAD XƏBƏR!

Müəllif: cavidan
//
14 Ekim 2019
//
//

Rusiyada işləyən azərbaycanlılara ŞAD XƏBƏR!

Prezident İlham Əliyev Rusiya ilə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Sazişi imzalayıb.

Xeberleragentliyi.com xəbər verir ki, sazişdə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 2019-cu il mayın 24-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin."
Xəbər Lenti Giriş Populyar Reklam
Aman, qardaş... Dün, 12:19Aman, qardaş...