Beyləqanda yol kənarında tapılan qız döyülməyib - SƏBƏB AÇIQLANDI » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Beyləqanda yol kənarında tapılan qız döyülməyib - SƏBƏB AÇIQLANDI

Beyləqanda yol kənarında tapılan qız döyülməyib - SƏBƏB AÇIQLANDI

Müəllif: cavidan
//
09 Ekim 2019
//
//

Beyləqanda yol kənarında tapılan qız döyülməyib - SƏBƏB AÇIQLANDI

Beyləqanda yol kənarında huşsuz tapılan 18 yaşlı qızın ölüm səbəbi bilinib.

Oxu.Az xəbər verir ki, günorta saatlarında xəstəxanada vəfat edən Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı döyülməyib.
Meyitin müayinəsi zamanı məlum olub ki, A.Quliyevanı maşın vurub.

Yuxarı Aran kənd bələdiyyəsindən Oxu.Az-a verilən məlumata görə, A.Quliyevanın ailəsində hər hansı problem olmayıb. Hazırda onlar da hadisənin təsirindədir. A.Quliyevanın iki bacısı və üç qardaşı var.
Qeyd edək ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam