Mourinyo Premyer Liqaya qayıda bilər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Mourinyo Premyer Liqaya qayıda bilər

Mourinyo Premyer Liqaya qayıda bilər

Müəllif: cavidan
//
09 Ekim 2019
//
//

Mourinyo Premyer Liqaya qayıda bilər

Joze Mourinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Xeberleragentliyi.com goal.az-a istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin "Tottenhem"ə rəhbərlik etmək ehtimalı var. Klub idarəçiləri komandanın hazırkı baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərəcəyi təqdirdə, əsas namizəd qismində Mourinyonu görürlər.

Ötən mövsüm Çempionlar Liqasının finalçısı olan "Tottenhem" hazırda İngiltərə Premyer Liqasında 8 oyundan 11 xalla 9-cu sıradadır. Poçettinonun London təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar "Mançester Yunayted"in baş məşqçi postundan kənarlaşdırılmış Mourinyo İngiltərənin "Çelsi" klubunu da çalışdırıb. O, daha əvvəl "Portu" (portuqaliya), İtaliyada "İnter" (İtaliya), "Real Madrid" (İspaniya) klublarını çalışdırıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam