Qaçqınlar üzrə Ali Komissardan - XƏBƏRDARLIQ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Qaçqınlar üzrə Ali Komissardan - XƏBƏRDARLIQ

Qaçqınlar üzrə Ali Komissardan - XƏBƏRDARLIQ

Müəllif: cavidan
//
07 Ekim 2019
//
//

Qaçqınlar üzrə Ali Komissardan - XƏBƏRDARLIQDünyada milyonlarla insan öz hüquqlarından məhrum edilir. Bunun əsas səbəbi vətəndaşsızlıq hallarına qarşı mübarizədə son dövrdə əldə edilmiş irəliləyişlərin millətçiliyin zərərli formalarının artması nəticəsində təhlükə altında olmasıdır.
Anews.az-ın məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin xəbərdarlığında bildirilib.
"Vətəndaşsızlıq hallarına qarşı tədbirlər görən ölkələrin sayının artması o deməkdir ki, beynəlxalq birlik vətəndaşsızlıq hallarının kökünün həmişəlik kəsilməsinə yönələn səylərində həlledici məqama yaxınlaşmaqdadır”.

O bildirib ki, hələ beş il bundan öncə ictimaiyyətin vətəndaşsızlıq və onun zərərli nəticələri barədə bilgiləri çox az idi.
F.Qrandi indi vəziyyətin dəyişdiyini bildirib. Qeyd edib ki, vətəndaşsızlıq hallarına son qoyulması perspektivi heç vaxt bugünkü qədər yaxın olmayıb.
"Amma hələ bu məsələdə inkişafın təmin edilməsindən danışmaq tezdir. Millətçiliyin zərərli formaları və qaçqınlar, eləcə də, miqrantlar əleyhinə münasibətlərə manipulyasiya edilməsi beynəlxalq səviyyədə cərəyan edən, inkişafın qarşısını alan güclü amillərdir”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam