Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı

Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı

Müəllif: cavidan
//
07 Ekim 2019
//
//

Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı

Təhsil Nazirliyi Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanın müəllimlərdən pul yığması ilə bağlı iddianı araşdırıb.
Qafqazinfo.az xəbər verir ki, bu gün nazir müavini Məhəbbət Vəliyeva və nazirlik nümayəndələri məktəbdə olub.

Məlum olub ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Binanın daşınma və icarə haqları dövlət tərəfindən ödənsə də, məktəbin direktoru Bəsti Hüseynova icarə haqqı adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib.
Məhəbbət Vəliyevanın sözlərinə görə, hazırda araşdırma aparılır və bu müddət ərzində nazir Ceyhun Bayramovun əmri ilə direktor tutduğu vəzifədən uzaqlaşdırılıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam