Bakıda 5 nəfər evə basqın etdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda 5 nəfər evə basqın etdi

Bakıda 5 nəfər evə basqın etdi

Müəllif: cavidan
//
07 Ekim 2019
//
//

Bakıda 5 nəfər evə basqın etdi

Şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb

Bakıda evdə basqın olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində evinə daxil olmuş 5 nəfərin ona fiziki zor tətbiq edərək oradan 400 manat və mobil telefon aparmalarını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam