Azərbaycan neftinin qiyməti 60 dollara düşdü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan neftinin qiyməti 60 dollara düşdü

Azərbaycan neftinin qiyməti 60 dollara düşdü

Müəllif: cavidan
//
05 Ekim 2019
//
//

Azərbaycan neftinin qiyməti 60 dollara düşdü

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 60,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır.



Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 57,81 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam