QARABAĞ: Savaş yolu açılır - TƏHLİL » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » QARABAĞ: Savaş yolu açılır - TƏHLİL

QARABAĞ: Savaş yolu açılır - TƏHLİL

Müəllif: cavidan
//
03 Ekim 2019
//
//

QARABAĞ: Savaş yolu açılır - TƏHLİL



Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar nəticə vermir.

Artıq bu fakt nazir səviyyəsində BMT-nin Baş Asambleyasının kürsüsündən etiraf olunur. Belə ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Asambleyasında çıxış edərkən son 12 ayda Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyişin əldə edilmədiyini deyib.

Elmar Məmmədyarov qeyd edib ki, ötən il BMT Baş Asambleyasının ümumi siyasi müzakirəsindən bəri, son iki ildə iki ölkə liderləri arasında birbaşa təmaslara və xarici işlər nazirlərinin görüşünə baxmayaraq, münaqişənin siyasi həllində heç bir irəliləyiş əldə olunmadı: “İrəvan, əksinə, bəyanatları və hərəkətləri ilə bu prosesi sarsıdır və ən qısa zamanda sülh yolu ilə həll cəhdlərinin qarşısını alır”.

Göründüyü kimi, nazir E.Məmmədyarov da danışıqların dalana dirəndiyini, nəticəsiz qaldığını etiraf edir. Azərbaycan torpaqlarının isə 20 faizi hələ də işğal altındadır. İşğalı aradan qaldırmaq üçün isə Azərbaycan tərəfinə müharibədən başqa yol saxlanılmayıb. Azərbaycan tərəfi isə ən yüksək səviyyədə torpaqların müharibə yolu ilə azad olunacağını istisna etməyən bəyanatlar səsləndirib.

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu gün Dağlıq Qarabağ münaişəsinin həlli istiqamətində aparılan danışıqların limiti bitib:

“Nikol Paşinyanın “Qarabağ Ermənistanındır” ifadəsindən sonra ermənilərlə danışıqlar masasında oturub hansısa siyasi və hüquqi nəticəyə gəlməyi gözləyən düşüncəni anlamaq çətindir. Dünənə qədər “Qarabağ klanı”nın hakimiyyətdə olduğu dönəmdə belə, “Qarabağ Ermənistanındır” ifadəsi səsləndirilmirdi. Ancaq bu gün bəzi siyasətşünaslar tərəfindən “əgər Paşinyan orduya tam nəzarət edərsə, gələcəkdə Qarabağ problemi həll edilər” tipli fikirlər ortalığa atılır. Bu da özünü və ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. Paşinyan da tipik ermənidir və o düşüncə tərzinə malik şəxsdir. Paşinyan da millətçidir və “böyük Ermənistan” xülyasından uzaq deyil. Ona görə də Paşinyandan müsbət mənada nəsə gözləyənləri başa düşmürəm. Ola bilər ki, kimlərsə, bu yöndə aldana bilərlər. Amma Azərbaycan xalqını və ictimaiyyəti də aldatmağa rəvac yoxdur. Bu gün hər kəsə məlumdur ki, artıq Qarabağ problemini danışıqlar masasında həll etmək mümkün deyil. Doğrudur, bu gün Azərbaycan hərbi əməliyyatlar başlasa belə, uzunmüddətli müharibənin aparılması mümkün olmayacaq. Çünki dünya gücləri buna imkan verməyəcək. Ancaq qısamüddətli, lokal hərbi əməliyyatlarla bir neçə strateji bölgəni azad etmək mümkündür. Bundan sonra da düşünürəm ki, Ermənistanın davranışı fərqli olacaq. Erməni toplumunda yaranacaq situasiyanı da nəzərə almaq lazımdır. Bundan doğacaq geosiyasi nəticələr də önəmlidir. Yəni bu məsələdə bundan sonra diktə edən tərəf Azərbaycan olacaq. Ona görə də artıq Azərbaycan özü proses yaratmalıdır. Bu günə qədər Azərbaycan onun üçün yaradılan prosesin arxasınca gedib. Azərbaycanın xarici işlər naziri əslində, bu fikirləri doğru ifadə etməyib. Çünki bu cür siyasi nəticələr son 1 ildə deyil, 28 ildir ki, davam edir. Son 28 ildir ki, eyni proses gedir. Sadəcə olaraq, Elmar Məmmədyarov Paşinyan dönəmindəki 1 ildə də prosesin dəyişmədiyini demək istəyib”.

N.Mirinin sözlərinə görə, əslində, Paşinyan iqtidarından da Qarabağ probleminin həlli ilə bağlı gözlənti yox idi:

“Bunu süni olaraq şişirdərək Azərbaycan istimaiyyətinə hansısa ümid vermək istəyirdilər. Ancaq həqiqət ondan ibarət idi ki, Ermənistan tərəfi Qarabağ probleminin həllində maraqlı deyil. Baxmayaraq ki, Ermənistan iqtisadiyyatı çox bərbad vəziyyətdədir və gələcək perspektivi isə Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir. Bu gerçək ortada olduğu halda, bunu Ermənistanın inqilabçı hökumət başçısı edə bilmirsə, bundan sonra da yaxın zamanlarda nəyəsə ümid etmək özünü aldatmaqdan başqa bir şey deyil. Bu gün Ermənistana zaman hava-su kimi lazımdır. Azərbaycan bu zamanı onlara qazandırmalı deyil. Artıq Azərbaycan bu suala cavab verilməlidir: niyə Azərbaycan ordusu qüdrətli olduğu halda, torpaqları azad etmir? Bu sualın cavabı Azərbaycan ictimaiyyətinə açıqlanmalıdır ki, hansı səbəblərin buna əngəl yaratdığını hər kəs bilsin. Əgər bunu, həqiqətən də, Rusiya amili ilə əlaqələndirirlərsə, bunun özü də kökündən yanlışdır. Heç bir güclü ordusu olan dövlət bu cür amillərdən danışmaz. Azərbaycan xalqı da bu gün Qarabağı azad etmək iqtidarındadır”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam