Xəstəni uzaqdan müayinə edəcək qurğu hazırlandı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Xəstəni uzaqdan müayinə edəcək qurğu hazırlandı

Xəstəni uzaqdan müayinə edəcək qurğu hazırlandı

Müəllif: Kürsüm
//
06 yanvar 2013
//
//

Xəstəni uzaqdan müayinə edəcək qurğu hazırlandı

Tibb sənayesindəki son yenilik xəstəyə yaxınlaşmadan, onu uzaq məsafədən müayinə etməyə imkan verəcək.

"Sotera Wireless” şirkətinin hazırladığı "ViSi Mobile” qurğusu sağlamlığın kiçik "müşahidəçisi” hesab olunur. Rəngli displeylə təchiz olunmuş qadcet xəstənin sağlamlığına nəzarət etmək üçün onun əlinə bərkidilir. Qurğu qan təzyiqi, nəbz, nəfəsalma tezliyi və dərinin temperaturuna nəzarət edir. Eləcə də displeydə xəstənin adı və onun sağlamlığının cari vəziyyətini əks etdirən qrafik göstərilir.

"gizmonews.ru” saytının məlumatına görə, "ViSi” günün 24 saatı xəstə haqqında bütün məlumatları toplayır. Qurğu əlinə bərkidildiyindən, xəstə istədiyi yerə gedə bilir. Qeyd edək ki, qadcet həm də sukeçirməyəndir.

Həkim isə xəstəsinin sağlıq durumuna fərdi kompüter, planşet və ya smartfon vasitəsilə, uzaq məsafədən nəzarət edə bilir. Əgər xəstənin vəziyyəti qəfildən pisləşərsə, həkim bu barədə dərhal xəbər tutacaq. İstehsalçılar qurğunun hələ ki, hansı əməliyyat sisteminin əsasında işləyəcəyi haqqında məlumat verməyiblər.

Şirkət artıq ABŞ-ın Səhiyyə Nazirliyindən qurğunun xəstəxanalarda satışa çıxarılması barədə icazə alıb.

Azərtac
Xəbər Lenti Giriş Populyar Reklam