İki güləş millimiz Dünya Kubokuna vəsiqə qazanıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İki güləş millimiz Dünya Kubokuna vəsiqə qazanıb

İki güləş millimiz Dünya Kubokuna vəsiqə qazanıb

Müəllif: cavidan
//
25 Eylül 2019
//
//

İki güləş millimiz Dünya Kubokuna vəsiqə qazanıb

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş güləş üzrə Olimpiadaya lisenziya xarakterli dünya çempionatında iki millimiz Dünya Kubokuna vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, dünya çempionatında ümumilikdə bir qızıl, üç gümüş və iki bürünc medal əldən edən ölkəmiz medalların əyarına görə V yeri tutub.

Qadın güləşi komandamız 48 xalla komanda hesabında VIII yeri tutub. Bu isə millimizə noyabrın 16-17-də Yaponiyanın Narita şəhərində keçiriləcək Dünya Kubokunda iştirak hüququ verib. Lakin millimizin həmin yarışda iştirak edib-etməməsi sual altındadır.

50 xalla VII pillədə qərarlaşan sərbəst güləş üzrə millimiz də analoji yarışa vəsiqə qazanıb. Güləşin bu növü üzrə Dünya Kuboku gələn ilin oktyabrında keçiriləcək. Ancaq təşkilatçı ölkə hələ müəyyənləşməyib.

Qeyd edək ki, Dünya Kuboku səkkiz komandanın iştirakı ilə keçirilir.
Xəbər Lenti Giriş Populyar Reklam