Qarabağda yeni müharibə bu tarixdə başlayır, Azərbaycan... – Rusiyadan ŞOK XƏBƏRDARLIQ - VİDEO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Qarabağda yeni müharibə bu tarixdə başlayır, Azərbaycan... – Rusiyadan ŞOK XƏBƏRDARLIQ - VİDEO

Qarabağda yeni müharibə bu tarixdə başlayır, Azərbaycan... – Rusiyadan ŞOK XƏBƏRDARLIQ - VİDEO

Müəllif: cavidan
//
24 Eylül 2019
//
//

Qarabağda yeni müharibə bu tarixdə başlayır, Azərbaycan... – Rusiyadan ŞOK XƏBƏRDARLIQ - VİDEO

"Dağlıq Qarabağda keçiriləcək "seçkilərdən” sonra hərbi hərəkətlərin aktivləşməsi mümkündür”.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mediasına müsahibəsində deyib.

Tarasov iddia edir ki, Azərbaycan Ermənistanda yaranmış siyasi qarışıqlıqdan istifadə edə bilər.

"Qarabağda keçmiş hakimiyyətin tərəfdarları qalıb, Ermənistanda isə hakimiyyət dəyişib. Qarabağdakı "seçkilərdə” "hakimiyyət” dəyişsə, vəziyyət qarışacaq və Azərbaycan bundan istifadə edə bilər”, - deyə o iddia edib.

Rusiyalı politoloq hesab edir ki, Ermənistanda ciddi bölünmə müşahidə olunur: "Ermənistan hakimiyyətinin siyasəti ölkəni çətin siyasi vəziyyətə saldı və cəmiyyətdə parçalanma baş verdi. Bu baxımdan, Azərbaycanın vəziyyətdən istifadə edə biləcəyi və Qarabağda hərbi aktivliyin artması istisna deyil”.

Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim 2020-ci ildə "prezident seçkiləri” keçirməyə hazırlaşır.(publika)

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam