Yazarlar üçün yeni müsabiqə » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Yazarlar üçün yeni müsabiqə

Yazarlar üçün yeni müsabiqə

Müəllif: Anar
//
01 noyabr 2012
//
//

Yazarlar üçün yeni müsabiqə
Mədəniyyət və Turizm Nazirliyi yeni müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 2012-2013-cü illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə "Qızıl Kəlmə" Ədəbi Müsabiqəsini elan edilib.

“Qızıl Kəlmə” Ədəbi Mükafatına bu ədəbi janrlarda yaradılan, son 2 ildə kitab və ya jurnalda çap edilən əsərlər təqdim olunur:

– nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi);
– poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri);
– tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri;
– orijinaldan bədii tərcümə əsərləri.

Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir.
Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları və əvvəllər Mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər. Bir təşkilat, şəxs Mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.

Təqdimat aşağıdakı sənədlərdən ibarətdir:

Əsəri təqdim edən təşkilatın, şəxsin Mükafat Komissiyasına ünvanlanmış məktubu;
Çap edilən əsər (5 nüsxə);
Namizədin tərcümeyi-halı və 1 ədəd fotoşəkli;
Şəxsiyyət vəsiqəsinin surəti;
Müəllifin digər işlərinin siyahısı (əgər varsa);
Əsər barədə rəylər və nəşr edilən yazılar (əgər varsa).

İşlər noyabr ayının 1-dən, 2013-cü il mart ayının 1-dək Bakı şəhəri, Hökumət Evi, 3-cü mərtəbə, 319-cu otağa təqdim edilməlidir.
Brandie 24 dekabr 2016 22:22
You really found a way to make this whole preoscs easier.

Xəbər Lenti Giriş Populyar Reklam