Azərbaycanda “donuz qripi” xəstəliyinə görə epizootik vəziyyət sabitdir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda “donuz qripi” xəstəliyinə görə epizootik vəziyyət sabitdir

Azərbaycanda “donuz qripi” xəstəliyinə görə epizootik vəziyyət sabitdir

Müəllif: Anar
//
05 yanvar 2013
//
//

Azərbaycanda “donuz qripi” xəstəliyinə görə epizootik vəziyyət sabitdir

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, ölkədə mövcud olan 7 minə yaxın donuzun hamısı qapalı şəraitdə saxlanılır və onların hər biri tam nəzarət altındadır. Y.Xanvəlinin sözlərinə görə, bu gün donuzlar arasında heç bir xəstəlik aşkar olunmayıb: “Bütün epizootik tədbirlər vaxtı-vaxtında edilib. Bir sözlə, donuzlar arasında epizootik vəziyyət sabitdir”.

DBX-nın sözçüsü əlavə edib ki, bu xəstəlik tək donuzlar arasında yox, həm də insanlar arasında yayılan xəstəlik olduğundan insandan-insana, eləcə də heyvandan insana keçə bilər: “Bununla əlaqədar olaraq, müvafiq səhiyyə qurumları tərəfindən nəzarət edilməli, sərhəddən, gömrükdən keçən insanlar yoxlanılmalıdır. Amma heyvan və heyvan mənşəli məhsullar daima bizim nəzarətimiz altındadır. Ölkəyə gətirilən bütün məhsullar da epizootik vəziyyət sabit olan ölkələrdən gətirilir. Problem olan heç bir ölkədən hansısa məhsul gətirilmir və prosesə tam nəzarət edilir”.
Xəbər Lenti Giriş Populyar Reklam