"Bütün ölkəni sevindirdik" - Dmitri Nazarov » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Bütün ölkəni sevindirdik" - Dmitri Nazarov

"Bütün ölkəni sevindirdik" - Dmitri Nazarov

Müəllif: cavidan
//
12 Eylül 2019
//
//

"Bütün ölkəni sevindirdik" - Dmitri Nazarov


"Xorvatiya ilə matçda biz böyük mübarizə apardıq və bütün ölkəni sevindirdik. Bu pozitiv hissi özümlə "Erzgebirge"yə gətirdim. Özümü yaxşı hiss edirəm. Uels və Xorvatiyaya qarşı matçlarda demək olar ki, sonadək meydanda oldum. Nəticədə vacib oyun vaxtı qazandım".

Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya ikinci Bundesliqa təmsilçisi "Erzgebirge"də oynayan millimizin üzvü Dmitri Nazarov "Tag 24"ə açıqlamasında deyib.

O, 2-ci Bundesliqada bazar günü "Osnabrük"ə qarşı keçirəcəkləri ev matçında oynamaq istədiyini bildirib: "Özümü burada rahat hiss edirəm, mənə istədiyim sərbəstlik verilir. Yeni baş məşqçi Dirk Şusterin komandalarına qarşı oynamışam. Fikrimcə, Şuster mənim oyun keyfiyyətlərimdən xəbərdardır".

Qeyd edək ki, D. Nazarov Avro-2020-nin seçmə mərhələsində Uelsə səfər görüşündə (1:2) 86 dəqiqə meydanda olub. Xorvatiya ilə matçda (1:1) isə o, 90-cı dəqiqədə Rəşad Eyubovla əvəzlənib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam