Regionlarda internet niyə bərbaddır? – İnhisarçılıq, köhnə texnologiya və… » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Regionlarda internet niyə bərbaddır? – İnhisarçılıq, köhnə texnologiya və…

Regionlarda internet niyə bərbaddır? – İnhisarçılıq, köhnə texnologiya və…

Müəllif: cavidan
//
12 Eylül 2019
//
//

Regionlarda internet niyə bərbaddır? – İnhisarçılıq, köhnə texnologiya və…

Regionlarda internetin sürət və keyfiyyəti ilə bağlı müəyyən problemlər var. Son statistikalara baxanda görmək olar ki, Azərbaycanda internet sürəti nəinki dünyanın statistik göstəricilərindən, həmçinin qonşu ölkələrdəki mövcud rəqəmlərdən aşağıdır.

Bu hal xüsusilə bölgələrdə daha çox müşahidə olunur. Əsasən də ev telefonu ilə çəkilən ADSL internet sürətinin çox aşağı olduğu bildirilir.

Məsələyə aydınlıq gətirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında vurğulayıb ki, hələlik regionlarımızda köhnə texnologiyadan istifadə olunur. Onun sözlərinə görə, müxətlif rayon və kəndlərdə ADSL texnologiyası var:

“ ADSL texnologiyası telefon xəttinin üzərinə olan internetdir. Regionlarda 90 faiz əhalinin internetin ev telefon xəttinin üstündə oturub. Ev telefonundan istifadə etmirlər, çünki hamının mobili var. Amma ev telefonu xəttinin üstündə olan internetdən istifadə edirlər. Bu isə köhnə texnologiyadır. Avropada, inkişaf etmiş ölkələrdə demək olar ki, bu texnologiya sıradan çıxarılıb”.

O.Gündüz qeyd edib ki, bizə qonşu olan ölkələrin internet provayderlərinin siyahısına daxil olanda orada ADSL texnologiyasına rast gəlmək olmur:

“Çünki həmin ölkələrin hamısında kabel internetindən istifadə olunur. Regionlarda internetin keyfiyyətsiz olmasının başqa səbəbi də var. Həmin səbəb bundan ibarətdir ki, region internetində ciddi inhisarçılıq var. İnhisarçılıq isə əsasən dövlət provayderi olan “Aztelekom”dur. “Aztelekom”un xüsusi çəkisi hədsiz dərəcədədir.

Yəni, region internet istifadəçilərinin 90 faizi interneti “Aztelekom”dan alır. Özəl provayderlərə imkan vermirlər ki, regionda vətəndaşlara yüksək xidmət göstərilsin. Bu, olduqca ciddi problemdir. Regionda rəqabətli mühit və vətəndaşın seçim imkanı olmadığı üçün bu internetin keyfiyyətinə təsir edən amildir.

Həmçinin “Aztelekom”un internet qiymətləri də olduqca biabırçıdır. Qiymətlər yüksək, internet keyfiyyətsiz, rəqabət isə yoxdur. Ona görə də son dövrlər beynəlxalq qurumların hesbatlarında Azərbaycanda internetin adam başına düşən sürətin həcmi son 2-3 ildə 42 pillə geriləyib. İndi 142-ci yerdəyik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hər məqamı öz üzərinə götürüb. Nazirliyin 2 dövlət provayderi var.

“Bakutelekom” və “Aztelekom”. Bu iki provayderin də böyük resursu yoxdur ki, bütün ölkənin internetini qaydaya salsın. Ona görə də hesab edirəm ki, bu sahədə azad mühit yaranmalı, özəl provayderlərin resurslarından istifadə olunmalıdır. Həmçinin əhaliyə yeni texnologiya ilə telefon xəttinin üstündə olan internet yox, geniş zolaqlı internet verilməlidir”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam