Ermənistanda işsizlik: ən ucuz işçi qüvvəsi kimlərdir? » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ermənistanda işsizlik: ən ucuz işçi qüvvəsi kimlərdir?

Ermənistanda işsizlik: ən ucuz işçi qüvvəsi kimlərdir?

Müəllif: cavidan
//
11 Eylül 2019
//
//

Ermənistanda işsizlik: ən ucuz işçi qüvvəsi kimlərdir?
Ermənistanda 63085 nəfər işsiz olsa da, ölkədə ən ucuz işçi qüvvəsi hindlilər hesab olunur.

Bu barədə "Jovoxurd" qəzeti yazıb.

Bildirilib ki, Ermənistanda 2019-cu ilin iyul ayında 82820 nəfər iş axtarıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyib.

Qeyd olunub ki, tikintidə işləyən ermənilər 5000-7000 dram tələb edirlər.

Hindistandan gələn miqrantlar isə eyni işi 3000 drama edirlər.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin birinci yarısında ölkəyə Hindistandan 15442 nəfər miqrant gəlib.

Hindlilər, əsasən, erməni kəndlərindəki istixanalarda işləyirlər. Onların əksəriyyəti Ararat və Armavir bölgələrindəki kəndlərdə yaşayırlar.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam