Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO

Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO

Müəllif: cavidan
//
10 Eylül 2019
//
//

Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) dünya liderlərinin diqqətini çəkmək üçün yeni layihəyə imza atıb.

Xeberleragentliyi.com Publika.az-a istinadan xəbər verir ki, hər biri ötən il müharibələrdə və hərbi qarşıdurmalarda ölən uşaqları təmsil edən 3758 məktəbli çantası ilə BMT-nin Mərkəzində "təmsilli məzarlıq” yaradılıb.

Bununla sentyabrın son həftəsində BMT Baş Assambleyası iclasları çərçivəsində toplaşacaq dünya liderlərinə uşaqların qorunması çağırışı edilib.
UNICEF-in direktoru Henrietta Fore verdiyi açıqlamada hər zaman ümidin simvolu olan məktəbli çantasının bu dəfə məzar daşı olduğunu və bu formada savaşlarda ölən uşaqlara diqqət çəkmək istədiklərini ifadə edib.

BMT-nin hesabatına görə, ötən il müharibədə 12 mindən çox uşaq ölüb, yaralanıb və ya şikəst qalıb.

Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam