Fəvvarələr meydanında “Sehrli Bakı” layihəsi çərçivəsində rəngarəng dünya rəqsləri ifa olunub » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Fəvvarələr meydanında “Sehrli Bakı” layihəsi çərçivəsində rəngarəng dünya rəqsləri ifa olunub

Fəvvarələr meydanında “Sehrli Bakı” layihəsi çərçivəsində rəngarəng dünya rəqsləri ifa olunub

Müəllif: cavidan
//
09 Eylül 2019
//
//

Fəvvarələr meydanında “Sehrli Bakı” layihəsi çərçivəsində rəngarəng dünya rəqsləri ifa olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Fəvvarələr meydanında “Sehrli Bakı” layihəsi çərçivəsində rəngarəng dünya rəqsləri ifa olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Bakı sakinləri və şəhərimizin qonaqları Kəmalə Səfərəliyevanın ifasında “Şam” rəqsini izləyiblər. Sonra meydan “Səma” rəqs qrupunun üzvlərinə verilib.

Azərbaycanı beynəlxalq festivallarda layiqincə təmsil edən kollektiv tamaşaçılara “Sarı gəlin” kompozisiyasını, “Özbək”, “Qaytağı”, “Hind”, “Çobanlar”, “Tatar” və “Ərəb” rəqslərini təqdim ediblər. Konsertin əsas nömrəsi isə gənc rəqqasların ifa etdikləri “Azərbaycan süitası” rəqsi olub.

Tamaşaçıların həftəsonu istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü peşəkar musiqi ilə zənginləşdirmək məqsədi daşıyan “Sehrli Bakı” layihəsi çərçivəsində konsertlər sentyabrın 30-dək hər həftəsonu davam edəcək.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam