"Beyl mənə forma dəyişdirməyi təklif etdi" - Dmitri Nazarov » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Beyl mənə forma dəyişdirməyi təklif etdi" - Dmitri Nazarov

"Beyl mənə forma dəyişdirməyi təklif etdi" - Dmitri Nazarov

Müəllif: cavidan
//
09 Eylül 2019
//
//

"Beyl mənə forma dəyişdirməyi təklif etdi" - Dmitri Nazarov
"Uelslə oyunda bir xal qazanmağa layiq idik. Vacib xal itirdik. İki çox qəribə qol buraxdıq. Bunun günahkarı özümüzük".

Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

O, Uelslə matçdan sonra rəqib komandanın kapitanı Qaret Beyllə aralarında olan dialoqdan danışıb: "Görüşdən sonra Qaret Beyl mənə yaxınlaşdı, oyunumuzu yüksək qiymətləndirdi və soruşdu ki, forma dəyişdirmək istəyirəmmi".

Nazarov bu gün Xorvatiya ilə keçiriləcək görüş haqda danışarkən belə güclü rəqibə qarşı motivasiyanın ən yüksək həddə olduğunu bildirib: "Azərbaycanın himni səslənəndə insanın tükləri biz-biz olur, səni meydanda mübarizəyə səsləyir və bu anın vacibliyini dərk edirsən. Xorvatiya kimi komanda ilə qarşılaşanda isə düşünürsən ki, ikinci Bundesliqada oynayan bir futbolçu növbəti dəfə nə vaxt Luka Modriç və İvan Perişiçlə üz-üzə gələcək?"

Xatırladaq ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam