“Qarabağın işğalı kəndlərimizdə şübhəli adamların görünməsi ilə başlandı...” –Çaykənddən SOS! » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Qarabağın işğalı kəndlərimizdə şübhəli adamların görünməsi ilə başlandı...” –Çaykənddən SOS!

“Qarabağın işğalı kəndlərimizdə şübhəli adamların görünməsi ilə başlandı...” –Çaykənddən SOS!

Müəllif: cavidan
//
07 Eylül 2019
//
//

“Qarabağın işğalı kəndlərimizdə şübhəli adamların görünməsi ilə başlandı...” –Çaykənddən SOS!

1991-ci ildə ilk Prezident Ayaz Mütəllibovun dövründə igid oğullarımızın rəşadəti hesabına erməni terrorçularından azad edilmiş Çaykənd ətrafında bu günlərdə kəndin fotolarını çəkən iki erməninin yaxalanmasını eşidəndə yadıma torpaqlarımızın işğalı prosesinin necə başlanması düşdü. Hələ 1983-1984-cü illərdə doğma Laçındakı Ağanus kəndimizin orta məktəbində təhsil aldığım vaxtlar 5-6 km məsafədə yerləşən qonşu Unannovu kəndinddən gələn qız şagirdlərin direktora həyəcanla yolda naməlum saqqallı adamlarla rastlaşmalarından danışması gözümün önündədir... Bir neçə il sonra kəndlərimizin, eləcə də Laçın rayon mərkəzinin ətraf dağ yamaclarına ağ bayraqlar düzülməyə, təpələrə vertolyotlar enməyə başladı, qayalıqlarda geoloq adıyla gələn adamlar göründü... 1988-ci ildən isə üzərlərində silah və partlayıcı gəzdirən saqqallılar yaxalanmağa başladı, Ermənistandan Xankəndinə tikinti materialı adıyla silah-sursat daşındı... Daha sonra artıq belə saqqallılar bizim adamları girov götürməyə, kəndlərimizi güllələməyə başladılar. Və hər dəfə “əşşi, erməni kimdir, erməni bizə nə edəcək, yaxud Moskva məsələni həll edəcək” kimi sadəlöhv fikirlərlə özümüz başımızın altına yastıq qoyduq... Və s. və i.a. Nəticəsi də məlumdur- müstəqil(!) respublikanın ərazisinin 20 faizinin işğalı...

***

Bəhs etdiyimiz kimi şübhəli olaylar Azərbaycanın Ermənistanla həmsərhəd, yaxud Dağlıq Qarabağla qonşu bölgələrindəki yaşayış məntəqələrimizdə də baş verib...

***

Sözümün canı ondadır ki, Qarabağın işğalı prosesi elə bu cür şübhəli adamların görünməsindən başlanıb... Odur ki, Gəncəyə gələn ermənilərin 28 il öncə tərk etdikləri Çaykəndin foto-şəklini çəkməsinə barmaqarası baxmaq olmaz...

***

Unutmaq olmaz ki, ermənilər 1991-ci ildə məşhur “Həlqə” əməliyyatıyla azad edilmiş “Getaşen alt rayonu” adlandırdıqları Çaykənd və ətraf kəndlərin, eləcə də Moskvanın “Şaumyankənd rayonu” adını verdiyi Goranboy rayonuna aid Gülüstan, Buzluq kimi kəndlərin ərazisini var gücləri iilə bütün dünyaya “Artsax Respublikası”na aid olan və “Azərbaycan tərəfindən işğal olunmuş” “Yuxarı Artsax” kimi təqdim edirlər... Çaykəndin fotosunu çəkənlər də elə bu məqsədlə gəlib...

***

Çaykənddə yaxalanan erməni ər-arvadın kimliyi aşkarlanıbmı?. Bəlkə elə onlar 1988-1991-ci illərdə həmin yurdlarımızda ekstremistlik, terrorçuluq edən və cəzadan canını qurtarmış ermənilərdən olub. Yəqin ki, həmin fotoları xarici mediada yerləşdirib altdan da yazmaq istəyirlər ki, baxın, bu kənd qədim erməni kəndidir, 28 il öncə azərbaycanlılar bizi buradan qovub çıxarıblar...

***

Və ən ciddi və əsas bir məqam: Axı bir soruşan yoxdur ki, torpaqlarımızı işğal altında saxlayan ölkənin, xalqın nümayəndələrinin, özü də birbaşa erməni adı-soyadı daşıyanların Azərbaycanın öz nəzarətimizdə olan şəhər, rayon, qəsəbə və kəndlərimizdə nə iti azıb, onlar dövlət sərhədindən niyə ölkəmizə buraxılır? Atası azərbaycanlı, anası erməni olub burada yaşayan və ya xaricdən gəlib-gedənləri və s. kimilərə güzəştə gedirik, yaxşı... Özümüzə onunla toxtaqlıq veririk ki, Ermənistana gedib-gəldiyi bəlli olan, yəni pasortlarında işğalçı ölkənin möhürü olan erməniləri, eləcə də digər millət nümayəndələrini sərhəddən, aeroportdan biraxmırıq.... Guya Rusiyada, Fransada, Argentinada, İranda və s. yaşayan ermənilər Azərbaycana qarşı təxribat-diversiya, kəşfiyyat işləri görə bilməz? Buna kim zəmanət verib? Torpaqlarımızın azad olunmasını istəyiriksə, ermənilərin ölkəmizə sərbəst gəlib-getdiyi belə bir şəraitdə sabah biz necə müharibə aparacağıq?.. İndi guya demokratiyadı-filandı deyə, Amerika, Avropa tələb edir deyə, ölkəmizin qapılarını yağı düşmənlərin üzünə taybatay açacağıq...

***
Onu dəqiq bilmək lazımdır ki, Qarabağ işğaldan azad edilməyincə, Ermənistana həddi göstərilməyincə işğalçı niyyətdə olan, “Böyük Ermənistan” ideyasıyla yaşayan ermənilər heç vaxt Azərbaycanın digər torpaqlarını, xüsusilə və ön planda Çaykənd, Gülüstan kimi əraziləri işğal etmək planlarından əl çəkən deyil... Bunu həmin ərazilərin azad edilməsində iştirak edən və o məkanların hərbi-strateji əhəmiyyətini lazımınca anlayan oğullarımız daha gözəl bilir...
//moderator.az//
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam