FHN Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yaydı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » FHN Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yaydı

FHN Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yaydı

Müəllif: cavidan
//
07 Eylül 2019
//
//

FHN Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
FHN-dən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Sarıtəpə kəndində “Mercedes” markalı sərnişin avtobusu və “SHACMAN” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı sərnişin avtobusunda sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini və müxtəlif xəsarətlər alan 4 sərnişini xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam