Azərbaycanda qayın gəlini boğaraq öldürdü - İki aylıq körpəsi var » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda qayın gəlini boğaraq öldürdü - İki aylıq körpəsi var

Azərbaycanda qayın gəlini boğaraq öldürdü - İki aylıq körpəsi var

Müəllif: cavidan
//
06 Eylül 2019
//
//

Azərbaycanda qayın gəlini boğaraq öldürdü - İki aylıq körpəsi var

Ağsu rayonunda qətl hadisəsi törədilib.

Xeberleragentliyi.com xəbər verir ki, hadisə bu gün səhər saat 10 radələrində rayonun Qiyaslı kəndində qeydə alınıb.

Kənd sakini Nəriman Zahidov ailə münaqişəsi zamanı qardaşının həyat yoldaşı, 19 yaşlı Zahidova Xumar Rizvan qızını kəndirlə boğaraq öldürüb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Qadın bir il öncə ailəyə gəlin gəlib və hazırda iki aylıq körpə övladı var. Qadının həyat yoldaşı hərbçidir. O, hadisə zamanı evdə olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(Bakupost)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam