Şəmkirdə oğurluğa gedən maskalı ev sahibi ilə qarşılaşdı, yaraladı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Şəmkirdə oğurluğa gedən maskalı ev sahibi ilə qarşılaşdı, yaraladı

Şəmkirdə oğurluğa gedən maskalı ev sahibi ilə qarşılaşdı, yaraladı

Müəllif: cavidan
//
06 Eylül 2019
//
//

Şəmkirdə oğurluğa gedən maskalı ev sahibi ilə qarşılaşdı, yaraladı


Şəmkir rayonunda evə maskalı şəxs basqın edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girən maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk etdiyini bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam