"Qarabağ"ın ikinci qolu bizi “sındırdı” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Qarabağ"ın ikinci qolu bizi “sındırdı”

"Qarabağ"ın ikinci qolu bizi “sındırdı”

Müəllif: cavidan
//
06 Eylül 2019
//
//

"Qarabağ"ın ikinci qolu bizi “sındırdı”

“Linfild”in futbolçusu Nayal Kuinn Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən oyunları xatırlayıb.

Qol.az “BBC”yə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi mübarizəni dayandırmalarına baxmayaraq, Ağdam klubuna qarşı baxımlı oyun sərgilədiklərini qeyd edib: “Biz hər iki oyunda yüksək xarakter ortaya qoyduq, çoxlu cəhdlər etdik. Qrup mərhələsində oynamaq olduqca yaxşı olardı. Təəssüf ki, bunu etmək üçün lazımi keyfiyyətlərimiz yox idi. Bununla belə, hər iki matç komanda yoldaşlarım üçün yaxşı bir sınaq oldu".

Kuinn etiraf edib ki, "Qarabağ"la matçlar növbəti illərdə Avropa Liqasının oyunlarında onlar üçün böyük təcrübə olacaq: “Bakıdakı matçda ilk 5-6 dəqiqə bizim üçün xaotik keçdi. Düşünürəm ki, hərdən planlarımızı tətbiq edə bilirdik. Matçın sonu yaxınlaşdıqca biz daha artığını etmək istəyirdik. Bir neçə şans əldə etdik, amma bu o qədər də uğurlu olmadı. İkinci qol bizi tamamilə “sındırdı”. Bununla belə düşünürəm ki, komandamız Avropanın nəhəng komandaları ilə oynamaq üçün yaxşı keyfiyyətə malikdir".

Xatırladaq ki, "Qarabağ" "Linfild"i iki oyunun nəticəsinə görə (2:3, 2:1) üstələyərək qrup mərhələsinə vəsiqə qazanıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam