Paşinyan üçün sonun “başlanğıcı” - TƏHLİL » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Paşinyan üçün sonun “başlanğıcı” - TƏHLİL

Paşinyan üçün sonun “başlanğıcı” - TƏHLİL

Müəllif: cavidan
//
06 Eylül 2019
//
//

Paşinyan üçün sonun “başlanğıcı” - TƏHLİL

Ermənistanda baş verən siyasi və iqtisadi xaos artıq Baş nazir Nikol Paşinyanın əleyhinə işləyir.

Paşinyan Ermənistanda iqtidara gəlmək üçün istifadə etdiyi iqtisadi və siyasi amillər bu gün onun öz əleyhinə çevrilir. Belə ki bütün sahələrdə böhranın hökm sürdüyü Ermənistanda təqaüdçülər də hökumətdən narazıdırlar. İrəvanda itaətsizlik aksiyasına başlayan təqaüdçülər qayğı və diqqətdən kənar qaldıqlarını bildirirlər. Hökumət binası qarşısına toplaşan yaşlı nəslin nümayəndələri onlara verilən təqaüdlərin ərzaqlarına və dərmanlarına çatmadığını deyiblər.

Onlar bildiriblər ki, üzləşdikləri problemlə bağlı rəsmi qurumlara müraciət edə bilmirlər. Bütün qapıların üzlərinə bağlandığını deyən təqaüdçülər maliyyə problemi səbəbindən xəstəxanalarda müayinədən keçə bilmirlər.

Aksiya iştirakçıları qeyd ediblər ki, seçki marafonu ərəfəsində 100 min iş yerinin açılacağını vəd edən Nikol Paşinyanın dedikləri özünü doğrultmadı. Bundan əvvəl olduğu kimi, indi də əhalinin böyük əksəriyyəti işsizdir. Yeni iqtidar fəaliyyətə başladıqdan sonra 50 min nəfər insan işsiz qalıb. Paşinyan hakimiyyətə gələn kimi baytarlıq və bitki sanitar xidmətlərinin fəaliyyətini dayandırıb. Nəticədə minlərlə insan işsiz qalıb.

Xatırladaq ki, Nikol Paşinyan hakimiyyətə gəlmək üçün liderlik etdiyi mitinqlər məhz bu problemləri qabardır və Serj Sarkisyan iqtidarını təndiq edirdi. Mitinqlərdə verdiyi vədlərdə əməl etməyən Paşinyan indi özü zamanında keçmiş iqtidara qarşı sələndirdiyi ittihamlarla üz-üzə qalıb.

Bütün bunlarla yanaşı, Paşinyan iqtidarına qarşı beynəlxalq təzyiqlər də getdikcə güclənir. Srağagün Amerika Birləşmiş Ştatları (ABŞ) Administrasiyası Ermənistan hakimiyyəti qarşısında hərbi kontingentin Suriyadan geri çəkilməsi haqda tələb qoyub. “168 jam” qəzeti öz mənbələrinə istinadən bildirir ki, bir neçə gün əvvəl mətbuatda müdafiə nazirinin, xarici işlər nazirinin və bir neçə səfirin iştirakı ilə bu məsələ ilə əlaqəli qapalı toplantı keçirildiyi haqda KİV-lərdə xəbər yayılıb. Lakin XİN toplantı xəbərini təkzib edib.

XİN təkzib etsə də, mənbələr bildirir ki, həmin mesaj Ermənistan hakimiyyətinə 2019-cu il avqustun 12-13-də, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfərindən dərhal sonra çatdırılıb. Deyilənlərə görə, Patruşev Ermənistan hakimiyyətindən bunun əksini-Suriyadakı erməni hərbi kontingentinin sayının artırılmasını tələb etmişdi. Rusiyanın özü də birbaşa olmasa da, müxtəlif yollarla Ermənistana təzyiq göstərir. Rusiya Prezidenti Vladimir Putinin srağagün Ermənistanın keçmiş prezidenti, hazırda həbsdə olan Robert Köçəryana 65 illik yubileyi münasibətilə təbrik məktubu göndərərək ona dözüm arzulaması Nikol Paşinyana ciddi siyasi təzyiq kimi dəyərləndirildi.

Bütün bunların fonunda siyasi şərhçilər Paşinyan iqtidarının sonunun yaxınlaşdığını istisna etmirlər.

Politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə şərhində Ermənistan gedən proseslərin qısa zamanda Paşinyan hakimiyyətinin sonunu gətirəcəyini deyib. F.Sadıqov hesab edir ki, Paşinyan verdiyi vədləri yerinə yetirmək gücündə deyil:

“Aydın məsələdir ki, Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinə zamanında olan etimad artıq əriyir. Çünki bir çox vədlər yerinə yetirilmir. Bu vədlər yerinə yetirilə də bilməz, çünki fantastik vədlərdir. Paşinyan əhalinin sayını 5 milyona çatdırmaq, 1 milyon yarım iş yeri açmaq və digər fantastik ideyalarla çıxış edirdi. Amma artıq Paşinyanın hakimiyyətə gəldiyi mitinqlərdən xeyli, 1 ildən artıq vaxt keçib. Amma heç bir vəd yerinə yetirilmir və iqtisadiyyatda bir çox ciddi problemlər meydana çıxıb. Həm iqtisadiyyatda, həm sosial sahədə, həm də biznes strukturları üçün müəyyən problemlər yaradılır. Digər tərəfdən xarici siyasət sahəsində Paşinyana dəstək verən, hərbi-texniki yardım edən Rusiya ilə münasibətlər də pozulub. Moskva artıq Paşinyana qarşı hücuma keçib. Robert Köçəryanı dəstəkləməklə, onu təbrik etməklə, Rusiyanın ən yaxın, səmimi dostu kimi qələmə verməklə, Paşinyana böyük bir təzyiq edir. Belə bir şəraitdə şübhə etmirəm ki, yaxın zamanlarda Paşinyana qarşı çıxışlar genişlənə bilər. Bəzi xarici qüvvələrin dəstəyi ilə hazırlanan mitinqlər Paşinyanın siyasi karyerasına son qoya bilər, çünki belə siyasət ölkəni düşdüyü bəladan çıxarmaq siyasəti deyil. Bununla yanaşı, Paşinyanın fantastik ideya və bəyanatları birmənalı şəkildə bu hakimiyyətin aradan çıxmasına səbəb olacaq”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam