"Supermodellər əsri"nin banisi vəfat etdi - Monikanı, Ancelinanı da çəkib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Supermodellər əsri"nin banisi vəfat etdi - Monikanı, Ancelinanı da çəkib

"Supermodellər əsri"nin banisi vəfat etdi - Monikanı, Ancelinanı da çəkib

Müəllif: cavidan
//
04 Eylül 2019
//
//

"Supermodellər əsri"nin banisi vəfat etdi - Monikanı, Ancelinanı da çəkib

Əfsanəvi fotoqraf Peter Lindberq vəfat edib.

Bu barədə fotoqrafın nümayəndələri "İnstaqram"da məlumat paylaşıblar.

O, sentyabrın 3-də, 74 yaşında dünyadan köçüb.

Lindberqin həyat yoldaşı, dörd oğlu və yeddi nəvəsi var.

Qeyd edək ki, məşhur fotoqraf P.Lindberqin "Vogue", "Vanity Fair" və "Harper's Bazaar" kimi böyük nəşrlərlə işləyib, Sindy Krauford, Keyt Moss, Naomi Kempbell, Monika Belluçi, Ancelina Coli və digər dünya ulduzlarının portretlərini çəkib.

P.Lindberq 80-ci illərin sonlarında "supermodellər əsri"ni başladıb və onun ərsəyə gətirdiyi fotoşəkillər dövrünün somvoluna çevrilib.



Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam