Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “HOTREC” prezidenti ilə görüşüb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “HOTREC” prezidenti ilə görüşüb

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “HOTREC” prezidenti ilə görüşüb

Müəllif: cavidan
//
04 Eylül 2019
//
//

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “HOTREC” prezidenti ilə görüşüb

Sentyabrın 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda səfərdə olan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensenlə görüşüb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanın turizm imkanları, hotelçilik, bütövlükdə turizm sənayesinin inkişafı barədə müzakirələr aparılıb. Müzakirələrdə qonaqpərvərlik sənayesində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də təcrübə mübadiləsinin aparılmasının vacib məqamlardan olduğu diqqətə çatdırılıb.

Fuad Nağıyev qeyd edib ki, hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək və xidmət səviyyəsinin keyfiyyətini artırmaq daim Agentliyin əsas hədəflərindəndir.

Görüşdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlar atıldığını və bunun tərkib hissəsi olaraq ötən il Azərbaycan Hotel Assosiasiyasının yaradıldığını bildirib.

Xatırladaq ki, bu il mayın 16-da Azərbaycan Hotel Assosiasiyası “HOTREC”-ə müşahidəçi üzv qəbul edilib.

Qeyd edək ki, Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensen sentyabrın 3-də Bakıda start götürən “Intour” sammitinə qatılıb.

Təşkilat sədri bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyində də görüşlərdə iştirak edəcək, eyni zamanda, hotelçilik sənayesinin nümayəndələri ilə bir araya gələcək.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam