Ölkədə internetin sürəti zəifləyib? - RƏSMİ AÇIQLAMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ölkədə internetin sürəti zəifləyib? - RƏSMİ AÇIQLAMA

Ölkədə internetin sürəti zəifləyib? - RƏSMİ AÇIQLAMA

Müəllif: cavidan
//
03 Eylül 2019
//
//

Ölkədə internetin sürəti zəifləyib? - RƏSMİ AÇIQLAMA

Son günlər ölkə ərazisində internetin zəif olması ilə bağlı iddialar səsləndirilir. Bir çoxları məsələ ilə əlaqədar provayderlərə müraciət edib, qarşılığında isə onlara heç bir problem olmadığını bildiriblər.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova iddiaların həqiqətə uyğun olmadığını deyib:
"Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün deyil. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən paytaxt və bölgələrdə rəqəmsal infrastruktur inkişaf etdirilir, daha dayanıqlı internet şəbəkəsinin qurulması üzrə işlər həyata keçirilir.

Fərdi qaydada aidiyyəti üzrə internetdə və telefon xətlərində yaranan texniki nasazlıqlar nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülür və aradan qaldırılır".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə Anews.az-a açıqlamasında bu məsələyə iki aspektdən yanaşmağın zəruriliyini qeyd edib:
"İnterneti iki üsulla əldə etmək mümkündür - telefon xətti və ya optik yolla. Korlanmış telefon xətti internetin sürətinə kifayət qədər təsir göstərə bilər. Yox, əgər optik üsuldan istifadə edirsinizsə, o zaman internetin sürətinin zəifliyi 100 faiz provayderlərdən asılıdır".(oxu az)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam