Filarmoniya bağında “Bakı gecələri” adlı tamaşa-konsert proqramı təşkil edilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Filarmoniya bağında “Bakı gecələri” adlı tamaşa-konsert proqramı təşkil edilib

Filarmoniya bağında “Bakı gecələri” adlı tamaşa-konsert proqramı təşkil edilib

Müəllif: cavidan
//
28 Ağustos 2019
//
//

Filarmoniya bağında “Bakı gecələri” adlı tamaşa-konsert proqramı təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzi Filarmoniya bağında “Bakı gecələri” adlı tamaşa-konsert proqramı təşkil edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Kəloğlanın nağılı” adlı tamaşada uşaqların sevimli obrazları olan Şah, Vəzir, Kəloğlan, Loğman, Şah qızı, Ana obrazları Nizami adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Mərdəkan” xalq teatrının üzvləri tərəfindən məharətlə oynanılıb. Tamaşanın maraqlı alınmasında gənc və istedadlı ifaçıların xüsusi rolu olub.

Tədbirdə bir-birindən maraqlı rəqs nömrələri təqdim edilib. Həmçinin qonaqlar, tamaşaçılar rəsm əsərləri və əl işlərindən ibarət guşə ilə də tanış olublar.

Tamaşa-konsert proqramının keçirilməsində əsas məqsəd əhalinin asudə vaxtının səmərəli təşkili, xarici qonaqları Azərbaycan folkloru və incəsənəti ilə tanış etməkdir.
Xəbər Lenti Giriş Populyar Reklam