"Qarabağ" 20 min avro cərimələndi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Qarabağ" 20 min avro cərimələndi

"Qarabağ" 20 min avro cərimələndi

Müəllif: cavidan
//
24 Ağustos 2019
//
//

"Qarabağ" 20 min avro cərimələndi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"ı cərimələyib.



Avropa futbol qurumunun mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin iyulun 31-də "Dalğa Arena"da Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"unu 3:0 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərdir.

Qurum qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə "Qarabağ"a 20 min avro (38 min manat) məbləğində cərimə kəsib.



“Report” xatırladır ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən "Qarabağ" çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu Şimali İrlandiyada baş tutan ilk pley-off matçında "Linfild"ə 2:3 hesabı ilə uduzub. Cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.




Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam