Millimizin sabiq baş məşqçisi xəstəxanada vəfat edib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Millimizin sabiq baş məşqçisi xəstəxanada vəfat edib

Millimizin sabiq baş məşqçisi xəstəxanada vəfat edib

Müəllif: cavidan
//
22 Ağustos 2019
//
//

Millimizin sabiq baş məşqçisi xəstəxanada vəfat edib

Futzal millimizin sabiq braziliyalı baş məşqçisi Milton Luiz Ziler Junior vəfat edib.

Braziliyanın "Globo Esporte" saytı xəbər verir ki, Miltinyo kimi tanınan məşqçi ötən həftə insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilib.
Lakin 57 yaşlı mütəxəssis çərşənbə günü xəstəxanada ölüb.

Qeyd edək ki, Miltinyo 2016-cı ilin mayında yığmamıza baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında futzal millimiz Kolumbiyada keçirilən dünya çempionatında ilk dəfə mübarizə aparıb. Komandamız həmin mundialda uğurla çıxış edərək 1/4 finaladək irəliləyib.
2017-ci ilin yanvarında Miltinyo ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş etmişdi.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam