Gələn il ölkəmizdə 2.8 milyon ton taxıl tədarük ediləcək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Gələn il ölkəmizdə 2.8 milyon ton taxıl tədarük ediləcək

Gələn il ölkəmizdə 2.8 milyon ton taxıl tədarük ediləcək

Müəllif: Anar
//
01 noyabr 2012
//
//

Gələn il ölkəmizdə 2.8 milyon ton taxıl tədarük ediləcək
Bu ilin 9 ayının nəticələrinə əsasən, Azərbaycanın kənd təsərrüfatında artım 6,3% olub.Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Nazir qeyd edib ki, bu il ölkədə 2 milyon 763 min ton taxıl tədarük edilib. Bunun 1 milyon 844 min tonu ərzaq buğdasıdır. Ötən illə müqayisədə məhsuldarlıq yüksək olub: “Belə ki, bu il taxılda məhsuldarlıq 1.6 faiz, buğda istehsalında 1.7 faiz artıb”.
Onun sözlərinə görə, gələcəkdə yeni fermer təsərrüfatlarının yaradılması və aqrar sahədə daha müasir texnologiyaların tətbiqi sahəsində taxıl, buğda və yem bitkilərinin tədarükü daha da artacaq: “Əkin sahələrindən səmərəli istifadə olunsa, mütərəqqi suvarma üsullarından istifadə olunarsa, bütün aqrotexniki tədbirlər zamanında həyata keçirilərsə, gələcək illərdə ölkədə kənd təsərrüfatı istehsalını azı 2 dəfə artırmaq olar”.

Nazir bildirib ki, ilkin proqnozlara görə gələn il ölkəmizdə 2.7-2.8 milyon ton taxıl tədarük ediləcək.
Xəbər Lenti Giriş Populyar Reklam