"Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?"

"Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?"

Müəllif: cavidan
//
21 Ağustos 2019
//
//

"Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?"

Müğənni Şəbnəm Tovuzlu və Vüsal Əliyev “5 də 5“ adlı proqramda qonaq olublar.
“Yeni Sabah” xəbər verir ki, aparıcı Zaur Kamal Vüsal Əliyevə Şəbnəm Tovuzludan incikliyinin səbəbini soruşub.
V.Əliyev cavabında Şəbnəm Tovuzludan gileylənib:
“2006-cı ildə gəldin mənim yanıma, dedin ki, müğənni olmaq, tanınmaq istəyirəm. Mən də qiymət dedim. Dedin “maşınımı satım”, mən qoymadım. Bu günə şükür olsun. Mənə çox xoşdur ki, sən bu gün bu yerlərdəsən. 2006-cı ildə bu gün də şou aləmində olanlar var idi. Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən? ".
Müğənni sözlərinə belə davam edib:
"Bir dəfə Şəbnəmə bir video göndərdim ki, bunu səhifəsində yaysın. Dedi ki, “Paylaşacam amma 3 gün sonra siləcəyəm”. Dedim “Niyə?” Dedi ki, səhifəmə ağırlıq edir. Adam inciyər ya inciməz?”.
Xəbər Lenti Giriş Populyar Reklam