Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək

Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək

Müəllif: cavidan
//
20 Ağustos 2019
//
//

Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək

Atası təhsil almasına mane olsa da, Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olan 18 yaşlı Orxan Bağırzadəyə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən yardım ediləcək.
Bu barədə Oxu.Az-a universitetdən məlumat verilib.

"THİK tərəfindən bir semestr boyunca hər ay 100 manat təqaüd, hər ay pulsuz yemək talonları, əlavə maddi yardım veriləcək. ADU-nun oğlanlar üçün yataqxanasında məcburi köçkünlər məskunlaşdığı üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə də THİK kömək edəcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, O.Bağırzadə ali məktəbə qəbul olsa da, atası attestatını götürərək onun qeydiyyata düşməsinə mane olmağa çalışıb. Təhsil Nazirliyinin məsələyə müdaxiləsindən sonra məsələ müsbət yöndə həllini tapıb.
O.Bağırzadə Oxu.Az-a açıqlamasında atasının bu addımını ögey bacısının ali məktəbə daxil ola bilməməsi ilə əlaqələndirib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam