Polisə iş yerlərinə silahlı hücum olacağı barədə zəng olub - Azərbaycanda » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Polisə iş yerlərinə silahlı hücum olacağı barədə zəng olub - Azərbaycanda

Polisə iş yerlərinə silahlı hücum olacağı barədə zəng olub - Azərbaycanda

Müəllif: cavidan
//
19 Ağustos 2019
//
//

Polisə iş yerlərinə silahlı hücum olacağı barədə zəng olub - Azərbaycanda

Avqustun 18-də saat 12.42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalar zamanı qeyd edilən telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam
15 yaşlı APA... Dün, 10:5515 yaşlı APA...