Rusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Rusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayır

Rusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayır

Müəllif: cavidan
//
16 Ağustos 2019
//
//

Rusiyanın “Vostok”  televiziyası Azərbaycanla bağlı layihələrə başlayır
““Vostok” televiziyasında Azərbaycanla bağlı iki yeni layihəyə başlayırıq. Əslində, hər zaman Rusiya teleməkanında Azərbaycanla bağlı nələrinsə olmasını istəyirdim. Deyəsən, “Vostok” ailəsi olaraq biz bunu edəcəyik”.

Bunu Modern.az-a açıqlamasında Rusiyanın “Vostok” Media Holdinqinin yeni vitse-prezidenti seçilən azərbaycanlı jurnalist Şəhriyar İmanbəyli deyib.

Şəhriyar İmanbəylinin sözlərinə görə, ilk layihə Sovet dövründə çəkilən filmlərlə bağlı olacaq:
“İlk olaraq Sovet dövründə çəkilən Azərbaycan filmlərini silsilə şəkildə efirə verəcəyik. Digər layihəmiz isə sırf Azərbaycan tarixi, mədəniyyəti incəsənəti ilə bağlı olacaq. Bele ki, “Vostok” televiziyasının çəkiliş qrupu Azərbaycana gələcək və Azərbaycanın bölgələrini gəzərək, verilişi hazırlayacaqlar. Bu isə ona imkan verir ki, bütün Rusiya, həmçinin MDB məkanı gözəl Azərbaycanımızı daha yaxından tanıyacaq”.

Qeyd edək ki, Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli bu yaxınlarda Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki "Vostok" telekanalının icraçı direktoru vəzifəsini də yerinə yetirir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam