Pensiya kapitalı inflyasiya səviyyəsinə uyğun indeksləşəcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Pensiya kapitalı inflyasiya səviyyəsinə uyğun indeksləşəcək

Pensiya kapitalı inflyasiya səviyyəsinə uyğun indeksləşəcək

Müəllif: cavidan
//
16 Ağustos 2019
//
//

Pensiya kapitalı inflyasiya səviyyəsinə uyğun indeksləşəcək

Vüqar Bayramov: “2006-cı ildən sonra pensiya kapitalı yığa bilməyən yaşlı insanlara da pensiya almaq hüququ verilməlidir”

Azərbaycan hökuməti pensiya kapitalının indeksləşdirilməsi mexanizminə dəyişiklik edib. İyul ayında Milli Məclis tərəfindən “Əmək pensiyaları haqqında” qanuna edilən müvafiq dəyişiklik iki gün öncə ölkə prezidenti tərəfindən təsdiqlənib.

Dəyişikliyə əsasən, bundan sonra Azərbaycanda sığortaolunanların hesabındakı pensiya kapitalının indeksasiyası ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım səviyyəsinə uyğun deyil, orta illik inflyasiya dərəcəsinə uyğun olaraq indeksləşdiriləcək.

Qeyd edək ki, bu il ərzində Azərbaycanda minimum əməkhaqqı iki dəfə artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Eyni zamanda ölkə prezidentinin fərman və sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən bütün sahələrdə çalışanların əməkhaqqı 40 faiz artırılıb. Nəticədə ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləğində kəskin artım qeydə alınıb. Belə ki, 2018-ci ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı cəmi 3 faiz artmışdısa, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyun aylarında bu artım 8,2 faiz təşkil edib. Sentyabrın 1-dən minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, həmçinin müxtəlif dövlət qurumlarında işləyənlərin əməkhaqqının artırılmasına dair prezident sərəncamlarının da bu tarixdən qüvvəyə minməsi nəticəsində 2019-cu ilin yekununda orta aylıq nominal əməkhaqqında artımın 14-15 faizə yaxın olacağı gözlənilirdi. Bu isə 2020-ci ilin əvvəlində fərdi pensiya kapitalının 14-15 faiz civarında artırılmasına imkan verəcəkdi.

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklikdən sonra pensiya kapitalının indeksasiyası 2019-cu ildəki inflyasiyaya uyğun həyata keçiriləcək. Dövlət Statistika Komitəsi 8 ayda ölkədə 2,7 faiz inflyasiya qeydə alıb. İlin sonunadək inflyasiyanın 3 faizdən yuxarı olmayacağı gözlənilir.

Vüqar Bayramov ile ilgili görsel sonucu
İqtisadi və Sosial İnkişaf Mərkəzinin(CESD) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov pensiya kapitalının indeksasiyasında orta illik inflyasiya göstəricisindən istifadəni müsbət addım hesab edir: “CESD-in daha bir təklifi qəbul olundu. Ötən il əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq ölkə üzrə orta aylıq nominal əməkhaqqındakı artım faizinə deyil, illik inflyasiya səviyyəsinə uyğunlaşdırılmasını təklif etmişdik. Eyni zamanda rəsmi illik inflyasiya dərəcəsinin hesablanması mexanizm və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edirik. Belə ki, bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman inflyasiya səviyyəsi daha yüksək olur. Nəticədə əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı belə inflyasiya dərəcəsinə indeksasiya oluna bilmirdi. Təbii ki, bəzi illərdə nominal orta aylıq əməkhaqqındakı artım inflyasiya səviyyəsindən çox ola bilər. Amma strateji olaraq infilyasiya səviyyəsi əməkhaqqı artımından daha çox olur və bu, indeksasiya məbləğinə təsir göstərir. Məsələn, 2017-ci ildə inflyasiya səviyyəsi 12.7 faiz, nominal orta aylıq əməkhaqqında artım 5.7 faiz olmuşdu.

Azərbaycan Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" dünən imzaladığı fərmana əsasən, qanunun “Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı 29-cu maddəsinə dəyişiklik edilib. Belə ki, yeni dəyişiklilərə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəli əvvəlki ilin inflyasiya səviyyəsində indeksasiya olunacaq. Məsələn, əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik inflyasiya səviyyəsi 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq".

V.Bayramov pensiya qanunvericiliyində islahatların davam etdirilməsini zəruri hesab edir: “Beyin mərkəzi olaraq bu istiqamətdə islahatların davam etdirilməsi və daha iki təklifin nəzərə alınmasını təklif edirik. Əvvəla, əmək pensiyasının sığorta hissəsi ya infilyasiya səviyyəsinə, ya da əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunsun. İkincisi və ən əsası, inflyasiyanın hesablanması mexanizmi təkmilləşdirilsin. Rəsmi inflyasiya dərəcəsinin real olaraq qəbul olunması çox vacibdir. Bu, indeksasiya məbləğinə birbaşa təsir göstərəcək meyardır”.

Qeyd edək ki, bu ildən “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Yəni əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o, 25 illik pensiya stajı ilə pensiyaya çıxır: “Bu, yaxşıdır, amma heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir. Məsələ ondadır ki, elə vətəndaşlarımız var ki, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn, 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur. Qeyd edim ki, son zamanlar bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər olunur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib, amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da, pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. O isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq biz ”Pensiya Amnistiyası"nın verilməsini təklif edirik. Yəni əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş stajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var. Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir".(musavat.com)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam