Lerikdə avtomobil dərəyə aşıb, üç nəfər xəsarət alıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Lerikdə avtomobil dərəyə aşıb, üç nəfər xəsarət alıb

Lerikdə avtomobil dərəyə aşıb, üç nəfər xəsarət alıb

Müəllif: lennon
//
14 Ağustos 2019
//
//

Lerikdə avtomobil dərəyə aşıb, üç nəfər xəsarət alıbLerik rayonunda yol qəzası baş verib.

xeberleragentliyi.com “Report”a istinadən məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Babəli Canəli oğlu Məhərrəmovun idarə etdiyi “Lexus” markalı minik avtomobili dağlıq ərazidə yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 2004-cü il təvəllüdlü Seyidəli Babəli oğlu Məhərrəmov və 2000-ci il təvəllüdlü Müseyib Baləddin oğlu Cahangirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti daha ağır olan sürücü Reanimasiya, digərləri isə Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam