“JEK” işçisinin borcu 30 milyon dollara çatdı: Ayda 200 dollar ödəyə biləcəyini deyir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “JEK” işçisinin borcu 30 milyon dollara çatdı: Ayda 200 dollar ödəyə biləcəyini deyir

“JEK” işçisinin borcu 30 milyon dollara çatdı: Ayda 200 dollar ödəyə biləcəyini deyir

Müəllif: cavidan
//
12 Ağustos 2019
//
//

“JEK” işçisinin borcu 30 milyon dollara çatdı: Ayda 200 dollar ödəyə biləcəyini deyir


Moskva ətrafında mənzil-kommunal təsərrüfat birliyinin əməkdaşı böyük borca düşüb. Onun borclarının məbləği 2 milyard rubla (təxminən 30 milyon dollar) çatıb.
Bizimyol.info xəbər verir ki, Moskva vilayətində yerləşən Voskresensk şəhərində "JEK”in xadiməsi böyük borcu ödəmək məcburiyyətində qalıb. Qadın əməkdaş ayda uzağı 15 min rubl (200 dollardan çox) ödəyə biləcəyini söyləyib.
"JEK” işçisinin dediyinə görə, bir neçə il əvvəl səriştəsizliyindən istifadə edərək, ona bəzi sənədlərə imza atdırıblar. Beləcə, bir şirkətin təsisçisi və direktoruna çevrilib. Amma özünün bundan xəbəri olmayıb. Şirkət bankdan 32 milyon dollar götürüb, sonra müflis elan edilib. İndi borc qadının üzərində qalıb.
Əmanətlərin sığortalanması agentliyi 2 milyard dolları qadından almaq fikrindədir. İş məhkəmədədir. Qanunvericiliyə görə, 30 min rubl məvacib alan mənzil-kommunal təsərrüfat birliyinin əməkdaşı bunun maksimum yarısını iddiaçı tərəfə verə bilər. Deməli, borcun qaytarılması üçün 259,7 il gözləmək lazımdır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam